“Paşinyan çalışır ki, Gürcüstanla sərhədlər bağlanmasın” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

15

“Gürcüstan Ermənistanla əlaqələrinə diqqət etməli olacaq”

“Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası hakmiyyətə gəldikdən bəri şübhəli siyasət aparır. Qərb və Rusiya arasında manevr siyasəti aparmağa can atır, strateji tərəfdaşı olan Azərbaycanla münasibətlərdə problemlər axtarıb. Amma rəsmi Bakının Tiflislə əlaqələrində dostluq və tərəfdaşlıq əlaqələrini qoruyub saxlaması emosiya ilə deyil, mənqtiqli siyasətə üstünlük verməsi nəticəsində İvanaşili iqtidarını ənənəvi siyasəti pozmamağa sövq edib”. Huriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə məxsusdur.

“ABŞ və Avropanın qətiyyətli siyasəti nəticəsində B. İvanaşvili öz siyasətini reallaşdıra bilmədi”

“Buna baxmayaraq, Tiflis yenə də dəcəl uşaqlar kimi öz xasiyyətini buraxmır, strateji dəstəkçisi Qərbə qahmar çıxaraq, Tiflisin 50 km dayanan Rusiya tanklarına sarı boylanaraq Kremlin xoşuna gəlməyə çalışır. Bu siyasət 7 ildir Gürcüstanı idarə edən oliqarx və  “Boz kardinal” B.İvanaşvilinin xəttidir. Onun siyasi xətti əsasən Rusiya və Ermənistan arasında dəhlizi təmin etmək, Azərbaycanın burada mövqelərini zəiflətmək olub. Amma ABŞ və Avropanın qətiyyətli siyasəti nəticəsində B. İvanaşvili öz siyasətini reallaşdıra bilmədi”,-deyə politoloq əlavə edib.

Əsədullazadənin sözlərinə görə, rəsmi Tiflisin Ermənistana əvvəlki illərdən fərqli olaraq diqqət etməsi, ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılması üçün reveransları da Azərbaycanın fəal siyasəti nəticəsində baş tutmadı.

“Erməni baş nazirin əsas Abxaziya dəmiryolunun açılmasına nail olmaqdır”

M.Əsədullazadə nəzərə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edib: “Bu səfərdə erməni baş nazirin əsas hədəfi bu ölkə ilə birgə hərbi əməkdaşlığı inkişaf etdirmək və Abxaziya dəmiryolunun açılmasına nail olmaqdır. Gürcüstan Ermənistanla əlaqələrinə diqqət etməli olacaq və Azərbaycanla münasibətləri korlayan siyasətə yol verməyəcək. Paşinyanın bu səfəri Gürcüstan-Azərbaycan əlaqələrini hədəf alsa da, əsasən, zərbələr Ermənistana dəyəcək”.

Ermənistanın İranla sərhədləri bağlı olduğu üçün çətin vəziyyətlə qarşılaşdığını qeyd Əsədullazadə hesab edir ki, sabah Gürcüstan sərhədləri bağlayarsa, Yerevan blokadaya düşəcək və ölkədə sosial etirazlar siyasi problemlərə yol açacaq: “Ona görə də Paşinyan çalışır ki, Gürcüstanla sərhədlər bağlanmasın və mövcud vəziyyət davam etsin”.

 Şamo EMİN, Hurriyyet.org