“Paşinyan Zəngəzuru vermək üçün hakimiyyətə gətirilib” – erməni ekspertdən şok iddia

360

Hurriyyet.org xəbər verir ki, rusiyalı erməni ekspert, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi mərkəzinin direktoru Semyon Baqdasarov Rusiya mətbuatına müsahibəsində Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli müqavilə barəsində belə deyib: “Bu razılaşmanın imzalanması cənab Ərdoğana edilən güzəşt sayəsində mümkün olub. Münaqişə zonasında təkcə Rusiyanın sülhməramlı qüvvələri yox, həm də Türkiyə qüvvələrinin olmasının təsdiqlənməsi Ərdoğanın bizim xarici siyasətimiz üzərində tam qələbəsi deməkdir…”

Erməni ekspert deyib: “Ümid edirəm ki, Ermənistandakı siyasi böhran Paşinyanın postdan getməsinə gətirib çıxaracaqdır. O, özü getmək istəmir, deməli, onu zor yolu ilə aradan götürmək lazımdır. Ölkənin Baş naziri öz yaxın əhatəsi ilə birlikdə həbs olunmalı, hərbi tribunalın məhkəməsinə verilməlidir. Paşinyan sadəcə Sorosun yox, iri neft biznesinin kadrıdır. Onun qarşısına qoyulan hədəf əvvəlcə Dağlıq Qarabağı, sonra isə Zəngəzuru təhvil verməkdir – bu dəfə Bakıdan Türkiyəyə birbaşa, Gürcüstanı dolanmadan boru xətti çəkmək planlaşdırılır. Paşinyanı da bu məqsədlə hakimiyyətə gətiriblər”.

(https://m.business-gazeta.ru/article/487695)