Paşinyan yenə sərsəmlədi: “Rusiyanın Dağlıq Qarabağda antiterror əməliyyatı üçün ciddi əsasları var”

168

Ermənistanın Baş naziri Nikol Paşinyan yenə sərsəmləyib və bununla da iç üzünü açıb.

O, müsahibəsində digər ölkələrin münaqişəyə cəlb edilməsi ilə bağlı öz məkirli planını açıq şəkildə ortaya qoyub.

O, mənfur ideyasını Rusiya rəhbərliyinə və ictimaiyyətinə belə sırımağa çalışır: “Dağlıq Qarabağda müharibədə iştirak edən Suriya terror qruplaşmasının silahlıları Rusiya üçün ciddi təhlükə yaradır və bu səbəbdən də Moskvanın bu vəziyyətə reaksiya göstərmək üçün qanuni haqqı və səbəbi var”.

Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan silahlıların münaqişə bölgəsinə köçürülməsi ilə bağlı xəbərlərlə bağlı TASS-ın sualını şərh edən baş nazir bildirib ki, guya bu terror elementləri Rusiya Federasiyası ərazisinə keçə bilər: “Düşünürəm ki, onlar Dağlıq Qarabağ və ya Ermənistan kimi Rusiyanı da düşmən kimi qəbul edirlər. Məsələ bu prosesin necə davam edəcəyi ilə bağlıdır. Bu baxımdan çox maraqlıdır, Rusiya bütün bu terrorçuların öz ərazisinə keçməsini gözləyəcək və orada antiterror əməliyyatına başlayacaq? Bilmirəm, bəlkə də Rusiya hökumətində və ya xüsusi xidmət orqanlarında eyni zamanda Dağlıq Qarabağda antiterror əməliyyatı başlamağın mümkünlüyü müzakirə olunur”.

O, Moskvanın Rusiyadan kifayət qədər uzaq olan Suriyada antiterror əməliyyatları həyata keçirdiyini, çünki suriyalı silahlılar və terrorçuların hərəkətlərinin bu ölkənin milli təhlükəsizliyinə birbaşa təhlükə yaratdığını” xatırladıb.

Ermənistan baş nazirinin sərsəmləməsinə görə, guya silahlılar Rusiya sərhədlərinə daha yaxındır.

“Bu tamamilə fərqli bir vəziyyətdir. Düşünürəm ki, Rusiyanın Dağlıq Qarabağda antiterror əməliyyatı üçün əsasları var”. \\KONKRET