Paşinyan: “Təslim olmasaydıq, döyüşlər Zəngəzura və Ermənistanın digər bölgəsinə də sıçrayacaqdı”

399

Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün İrəvanda keçirilən matəm yürüşündə xalqa müraciət edib. 

Paşinyan çıxışını əsasən bu tezislər üzərində qurub:
 

  • “Qarabağ müharibəsi zamanı baş verən hadisələr diqqətlə araşdırılmalıdır, çünki o, “günah keçisi” olmaq istəmir”.

 

  • “Baş verənlər bir və ya bir neçə uğursuzluq bir və ya bir neçə ilin səhvinin nəticəsi ola bilməzdi. O, baş nazir olaraq reallığı dəyişməyə çalışdı, lakin buna zaman çatmadı”.

 

  • “Son günlər hərbi əməliyyatların bərpası ehtimalı var idi, nəticədə döyüşlər Zəngəzur vilayətinə və Ermənistan ərazisinə keçə bilərdi. Ona görə də demarkasiya və beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdış Ermənistanın və Zəngəzurun təhlükəsizliyinin qarantıdır”.

 

  • “Sərhədlərdə ermənilərlə yanaşı, Rusiya qoşunları da dayanacaq”. 

 

  • “Biz bütün Ermənistan ərazisindən olduğu kimi, Zəngəzur vilayətindən də düşmənə 1 millimetr torpaq verməmişik”.

 

  • “Elit dairələr deyil, insanlar və yalnız insanlar hakimiyyətin taleyini həll etməlidirlər”.

 

  • “Təəssüf ki, əsirlərin qaytarılması və itkin düşənlərin olduğu yer tam olaraq həll edilməmişdir”.

 

  • “Bugünki yürüş müharibədəki canlı itkilərimizin xatirəsi qarşısında itaət əlaməti olaraq keçirilir. “Bu, bütün qardaşlarımıza, onların uşaqlarına, ailə üzvlərinə heç bir qurbanın əbəs getmədiyinə dair vədimizdir. Bu, hər birimizin və bütün millətimizin keçdiyi və qarşıdan gələn yol barədə düşünməli olduğu mesajının yürüşü olacaq”. \\Ovqat