Paşinyan Rusiya sülhməramlılarından danışdı: “Beşillik müddət – prosesin başlanğıcıdır”

357

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlıların Dağlıq Qarabağda qalması müddətinin 5 il ilə məhdudlaşmayacağını bildirib.

Paşinyan TASS informasiya agentliyinə müsahibəsində deyib: “Əlbəttə ki, 5 il müddətində regionda təhlükəsizlik və sabitlik təminatı yaratmaq prosesini başa çatdırmaq lazımdır. Qarabağ münaqişəsi uzunmüddətli olduğu üçün, rusiyalı sülhməramlıların oradakı varlığının 5 illik müddətlə məhdudlaşacağını güman eləmirəm”.

Paşinyan Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsini 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatında əldə edilmiş və formalaşdırılmış birgə siyasi razılaşmanın nəticəsi olduğunu bildirib. Paşinyanın sözlərinə görə, “beşillik müddət – prosesin başlanğıcıdır” və bu müddət avtomatik şəkildə uzadıla bilər.

Paşinyan deyib: “Məncə, hazırda əsas məsələ – Dağlıq Qarabağda və regionda sabitliyi və Dağlıq Qarabağdakı vətəndaşların təhlükəsizliyini təmin eləməkdir. Düşünürəm və ümid edirəm ki, rusiyalı sülhməramlılar uğurla hərəkət edəcək və bu missiyanı həyata keçirəcəklər”.