Paşinyan niyə “taran”a gedir?

186

Bəzən elə görüntü yaranır ki, baş nazir Paşinyan erməni genofondunu məhvə sürükləyir, amma…

Ermənistanın Fransaya sevgisi məlumdur. Hamıya məlum olanlar daha artıq izaha ehtiyac duymur, yalnız bu sevginin yeni nüansları barədə bəzi detalları açıqlamaq gərəklidir. Hazırda gedən Qarabağ müharibəsində erməni tərəfinin çoxsaylı itkisinə baxmayaraq, erməni baş nazir Paşinyan “taran”a getməkdən çəkinmir və qəribədir ki, nə dövlət səviyyəsində, nə gözlənilməli olduğu kimi xalq tərəfindən gərəkən təpkini tam almır.

Bəzən elə görüntü yaranır ki, Paşinyan erməni genofondunu məhvə sürükləyir. Bəlkə sıravi insanlar arasında onun bu hərəkətini bizə sərfəli kimi dəyərləndirənlər də var. Amma alaq otunun “diblərini qurdalamaq”, işin mahiyyətinə varmaq üçün qurulan tamaşanın altına enmək lazımdır.

Məlumdur ki, erməni kimliyi illərdir “əzabkeş” obrazindan yararlanaraq dünyaya özlərini “məzlum” kimi təqdim edirdilər. Amma hazırkı dövrdə, dünyanın qloballaşmasının, həmçinin informasiya məkanının da qloballaşması səbəbindən daha əvvəlki kimi aldada bilmirlər. Dünya siyasi qurumları və beynəlxalq təşkilatlarından 30 il ərzində ikili standartlara uyğun davranışlar sərgilənsə və erməni tərəfkeşliyinə şahid olsaq da bizi dəstəkləyən səsləri də eşidə bilirik. Beləliklə “Paşinyan niyə tarana gedir” sualılnın cavabını axtaraq…

Paşinyan uşaq sayılacaq yaşda olan ermənilərin də əlinə silah verib, onları sanki “intihar terrorçuları” kimi irəli verməsi səhnələrinin altında nə yatır? Nəyə görə erməni kimliyi məhz Rusiyanı bölgəyə çəkməyə və Türkiyənin də onun cavabını vermək üçün bölgəyə müdaxiləyə sürükləməyə çalışdı?

Erməni hiyləgərliyi hədsiz-hüdudsuzdur

Ermənilər ikinci “genosid” nağılı yaratmaq üçün bölgəni qan gölünə çevirməyə məcburdurlar. Erməni kimliyinin genosid nağılları ilə nələrə nail olduğuna baxsaq “əfsanəvi genosid”in onlar üçün nə qədər əhəmiyyətli olduğunu görərik. Bu yeni iddialar, yeni pullar, erməni ölülərinin əvəzində Türkiyəyə ərazi iddiası olan (həmçinin bizə də) “Qərbi Ermənistan” deməkdir. Ən güclü erməni lobbisinin Fransada və Rusiyada olduğunu bilirik. Bu iki ölkədə erməni lobbisi siyasi gücə çevrilmiş haldadır, necə ki, yəhudi lobbis ABŞ-da siyasi gücə çevrilmiş haldadır. Deməli, proje Fransadan idarə olunur. Lobbinin siyasi gücündən savayı hansısa qərarı qəbul etmək üçün dövlətin özünün də siyasi iradəsi mütləqdir.

Fransanın erməni kimliyini bölgədə Türkiyəyə qarşı maşa kimi istifadə etdiyini bilirik. Türkiyə ilə Fransa dəfələrlə vurğulandığı kimi Afrikada rəqibdirlər, amma köklər daha dərindədir. Bu yaxınlarda prezident Ərdoğanın Ayasofiyanı muzeydən məscidə qaytararaq Makronun “ürəyinə dağ basdı”. Ayasofiya əfsanəyə görə onu inşa etdirən imperatorun Süleyman peyğəmbərin məbədi – yəhudilər üçün çar Süleyman” ilə müqayisəsindən – “bax Süleyman, mən ərsəyə gətirdiyim məbəd sənin məbədindən daha möhtəşəmdir” deyərək duyduğu fəxr hissinin təcəssümüdür. Qərbin xristian ali təbəqəsi heç vaxt Ayasofiyanı-Konstantinopolu geri almaq ümidindən vaz keçmədi. Makronun son günlərdə islama qarşı tərtib etmək istədiyi səlib yürüşü də məhz qisasdan alovlanan atəşin qığılcımlarıdır. Ərdoğana qarşı dəlicəsinə nifrət onların planlarını ürəklərində qoyduğu üçündür. Makron Fransanı Avropanın həlledici əsas dövləti halına gətirməyə çalışır və Ayasofiya mənəvi dirək rolunu oynayacaqdı. Parisdə yaxın günlərdə törədilmiş fransız xüsusi xidmət orqanlarının qurduğu “guya çeçen gəncinin avara bir müəllimin başını kəsməsi” səhnəsi də müsəlmanlar üzərinə keçirilməsi istənən səlib yürüşünə hesablandı.

Nəyə görə məhz çeçen kimliyi hədəf alındı?

Ermənilərə qarşı duran əsas qüvvə çeçenlər olduğu üçün. Çeçenlərin içində erməni dostluğu hekayəsinə rast gəlmədim, bəlkə də var, amma mən  bu barədə heş vaxt eşitmədim… Bu yaxınlarda hətta Avropada yaşayan Çeçenlərin Milli Assambleyasının Ağsaqqallar Şurasının bəyanatı da yayımlandı. Rus-çeçen müharibəsindən sonra Azərbaycana sığınan xeyli çeçen Avropaya immiqrasiya etdi və görünür, bu Fransadakı erməniləri narahat edir. Mümkündür ki, çeçenləri Fransada gözümçıxdıya salmaq üçün bu tamaşa məhz Fransadakı ASALA tərəfindən quruldu. ASALA kimi terror şöhrəti olan təşkilat üçün bu akt “toyuq başı kəsmək” kimi bir işdir.

Erməni-çeçen qarşıdurması…

Hətta Putinin yaxın günlərdə Dağıstan rəhbərliyinə Melikov adlı şəxsi gətirməsi və Ramzan Kadırovun ulduzunun yavaş-yavaş sönməsi, Şimali Qafqazda çeçen kimliyinin ikinci plana keirilməsi əlamətlərinə də diqqət etmək lazımdır. Erməni lobbisinin Rusiyadakı gücünü nəzərə alsaq, bu istəyin ölkə içində olan erməni lobbisinin qüdrətli üzvləri tərəfindən təhrik edildiyini, Putinə çatdırıldığını güman edə bilərik. Bir güllə ilə iki quş…

Azərbaycanda etnik qarışıqlıq toxumu səpmək və çeçen toplumunu gözümçıxdıya salmaq…

Dünyada erməni lobbisinin qolunu bükən yəhudi lobbisi olduğu kimi, Rusiyada da ermənilərin qarşısına çıxan çeçenlərdir. Bundan başqa görmək lazımdır ki, Rusiyada ermənilər Fransanın patronajı altında çalışırlar. Hətta Başqırdıstanda ərazinin təbii sərvətlərini də Fransaya peşkəş çəkən qüvvənin altında erməni imzası var. Beləliklə, sonda deyim ki, Moskva Paşinyanın törətmək və türk-azərbaycanlı müsəlmanların boynuna atmaq istədiyi genosidin nəticəsi “nur topu” kimi “Krasnodar Erməni Respublikası” cildində qucağında görməyə hazırlaşsın…    

Ülviyyə ŞÜKÜROVA