Paşinyan nə zaman istefa verə biləcəyini açıqladı

633

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə təmsil edilən və edilməyən siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məşvərət keçirməyə dəvət edib.

Paşinyan öz “Feysbuk” səhifəsində müxalifətin Baş nazirin istefa verməsi tələbinin xalq tərəfindən dəstəklənmədiyini yazıb: “Müxalifət xalqı öz tələbinin ətrafında birləşdirmək üçün bütün imkanlara malik idi – maliyyə, informasiya, təşkilat resursları, mintiqlər və etiraz aksiyaları keçirmək üçün geniş imkanları var; lakin o, xalq tərəfindən dəstəklənmədi, hətta  tərəfdarlarının sayı azalıb minimum həddə endi, küçə prosesləri zəiflədi. Heç kim bizim hakimiyyəti kobud qüvvənin tətbiq edilməsi hesabına saxladığımızı söyləyə bilməz. Əksinə, bizi, yersiz yumşaqlıqda ittiham edirlər. Bütün bunlar bizim siyasi komandamızın sədaqətinin və mənim şəxsən xalqın qarşısında durmağa və cavab verməyə hazır olduğumun göstəricisidir”.

O, Baş nazir kreslosundan bərk-bərk yapışmadığını bildirib, eyni zamanda qeyd edib ki, xalqın ona etibar elədiyi hakimiyyətə, Baş nazir vəzifəsinə qarşı məsuliyyətsiz davrana bilməz: “Bu vəzifənin və gələcək siyasi liderliyinin taleyini xalq öz iradəsini azad şəkildə bildirməklə həll edə bilər. Mən bir Baş nazir kimi özümü bu iradənin azad şəkildə bildirilməsinin təminatçısı hesab edirəm. Xalqın  qərarı ilə Baş nazir postunu tərk eləməyə hazıram. Həmçinin, xalqın etimadının təsdiqlənəcəyi təqdirdə, bu mürəkkəb dövrdə Ermənistana rəhbərlik eləməyə davam etməyə hazıram. Bütün bu sualların cavabını verməyin yeganə variantı – növbədənkənar parlament seçkilərinin keçirilməsidir”.