Paşinyan koronavirusa yoluxdu

57

Ermənistanın baş naziri Nikol Paşinyana koronavirus diaqnozu qoyulub.

Hurriyyet.org xəbər verir ki, bunu hökumət başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib.

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.

Qeyd edək ki, N.Paşinyan koronavirusa doğum günündə yoluxub. Bu gün onun 45 yaşı tamam olur.

Mayın 31-nə olan məlumata görə, Ermənistanda indiyədək 9 282 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 3 386 nəfər sağalsa da, 131 nəfər ölüb./report/