“Paşinyan hökumətinin “seçki şousu” “Qarabağ klanı” üzərində tam qələbə ilə bitib” – NATİQ MİRİ

309

“Top yenə Azərbaycan hakimiyyətinin meydanındadır, Qarabağımızı qaytarmaq üçün artıq bəhanə qalmadı”

“Dağlıq Qarabağdakı separatçı qondarma rejimin keçirdiyi “üzdəniraq” prezident seçkilərinin ikinci turu keçirilib”. Hurriyyet.org xəbər verir ki, bunu politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, ikinci tura keçən Masis Mailyan seçicilərini seçkini boykota çağırdığı üçün seçki yarışında iştirak etməyib: “Bu da “rəqibi” Araik Arutunyanın rahatlıqla qalib gəlməsinə şərait yaradıb. Seçkidə seçicilərin 44.9 faizinin iştirak etdiyi bildirilir. Səsverənlərin 87 faizinin səsini alan Araik Arutunyan qalib elan olunub”. Politoloq bildirib ki, bununla da Nikol Paşinyan hökümətinin Dağlıq Qarabağdakı “seçki şousu” “Qarabağ klanı” üzərində tam qələbə ilə bitib: “Bu vəziyyət həm də Paşinyan üçün Qarabağ danışıqlarında divarın bitdiyi yerdir. Top yenə Azərbaycan hakimiyyətinin meydanındadır. Qarabağımızı qaytarmaq üçün artıq bəhanə qalmadı”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org