Paşinyan, hakimiyyəti Milli Konsensus Hökumətinə təhvil verəcək – Siyasi böhran dərinləşir

180

Ermənistanda növbədənkənar seçkilər ərəfəsində hakimiyyət səlahiyyəti milli konsensus hökumətinə təhvil veriləcək.

Ermənistan prezidenti Armen Sarkisyan bu təkliflə çıxış edib.

Sarkisyan ümid etdiyini vurğulayıb ki, bütün siyasi qüvvələr hazırkı çətin vəziyyətin məsuliyyətini dərk edir və tarixi missiyalarını layiqincə yerinə yetirəcəklər.

Sarkisyan, həm müttəfiqlərinin, həm də düşmənlərinin bu gün Ermənistandakı prosesləri yaxından izlədiklərini xatırladıb.

Ermənistan prezidenti həmçinin polis qüvvələri yetkililərini də işdən çıxarıb və xarici işlər nazirinin istefasını təsdiqləyib. \\Ovqat.com