Paşinyan: “Hadrutda rus sülhməramlıları da mühasirəyə düşübmüş”

699

Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinə sensasiyalı açıqlama verib. Paşinyan Harutda təkcə ermənilərin deyil, həm də rus sülhməramlı bölmələrinin Azərbaycan xüsusitəyinatlılarının mühasirəsinə düşdüyünü deyib:

“Əldə etdiyimiz məlumata əsasən, Rusiya sülhməramlıları da mühasirədədir. Relyefi ilə əlaqədar problemlər var. Həm də bir sıra şərtlər üzündən hərbçilərimizlə rabitə əlaqəsi də yarada bilmirik. Üstəlik, sülhməramlılar da eyni problemlərlə üzləşiblər və burada müəyyən bir böhran vəziyyəti yaranıb”.

Paşinyan bütün bu qeyri-adi hadisələrin Çaylaqkənd və Köhnə Tağlar kəndi yaxınlığındakı qarşıdurmalar zamanı baş verdiyini bildirib. \\Ovqat.com