“Paşinyan hər şeyi məhv edib” – Sabiq MTX rəisi

42

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan ölkədə güc strukturları rəhbərlərinin istefalarına münasibət bildirib.
O, “Twitter”də baş nazir Nikol Paşinyanı dayanmağa və ətrafında olanları tamamilə məhv etməməyə çağırıb.

“Ətrafdakı hər şeyi məhv edib, qəzəbini başqalarına tökmək məhvə aparan yoldur. Dayan Nikol”,- Vanetsyan yazıb.

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidentinə Milli Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və polis rəisini – Eduard Martirosyan, Artak Davtyan və Arman Sarkisyanı vəzifədən azad etməyi tövsiyə edib. Davtyanın işdən çıxarılmasına səbəb oğlunun fövqəladə vəziyyət şəraitində keçirdiyi izdihamlı toy olub.

Martirosyana və Sarkisyana gəldikdə isə, bəzi məlumatlara görə, onlar karantin tədbirlərinin yerinə yetirilməsini kifayət qədər təmin edə bilməyiblər./azvision.az/