Paşinyan Ermənistanla Azərbaycan arasında nəqliyyat blokadasının götürülməsini “prioritet” adlandırdı

531

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Feysbuk” səhifəsində Qarabağ üzrə üçtərəfli razılaşmanın müddəalarının həyata keçirilməsində iki prioritet istiqamətin olduğunu bildirib.

Paşinyanın yazdığına görə, burada birinci istiqamət bəyanatın səkkizinci maddəsinin yerinə yetirilməsidir – bu bənddə əsirlərin, girovların, bütün saxlanılan şəxslərin, həmçinin, həlak olanların nəşlərinin dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin, döyüş bölgələri zonasında hərtərəfli axtarış-xilasermə işlərinin aparılması vacibdir.

İkincisi – bütün regional iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılmasıdır. Bu, Azərbaycanın Ermənistan ərazisindən Naxçıvanla, həmçinin, Ermənistanın Azərbaycan ərazisi vasitəsi ilə Rusiya və İranla yükdaşımalarının və nəqliyyat əlaqələrinin qurulması deməkdir.

Paşinyan yazıb: “Bir faktı diqqətinizə çatdırım ki, üçtərəfli müqavilədə “dəhliz” termini, yaxud Mehri şəhərinin adı yoxdur. Marşrutların seçimi ayrıca müzakirə mövzusu olacaqdır. Onalrın effektliliyinin əsas şərti – əsirlərin, girovların, cəsədlərin dəyişdirilməsi, axtarış-xilasetmə işlrinin miqyasının genişləndirilməsidir”.

Qeyd edək ki, Paşinyan 1 dekabr tarixindən, müharibənin tam bitməsindən sonra saxlanılanların əsir yox, terrorçu hesab edildiyini və cinayət məsuliyyətinə cəlb edildiyini unutmuş kimi görünür. Həmçinin, Meğri yolunun açılması ilə bağlı qarşılıqlı razılaşma olmasaydı, bu variant yüksək səviyyədə səsləndirilməzdi. Görünür, Paşinyan burada ölkəsinin vətəndaşlarını yeni reallığa öyrəşdirməyə çalışarkən, eyni zamanda söz oyunu ilə daxili auditoriyanı yanıltmağa çalışır.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci və 9-cu maddələrini diqqətinizə çatıdırırıq:

  1. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
  2. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.