Paşinyan: “Ermənistan Azərbaycana beş rayonu verməklə müharibənin qarşısını ala bilərdi”

117

Müharibənin qarşısını almaq üçün Ermənistan Azərbaycana Qarabağ ətrafındakı beş rayonu verməli idi.

Bu haqda məlumatı TASS agentliyi Ermənistanın baş naziri Nikol Paşinyana istinadən yayıb.

Onun sözlərinə görə, erməni xalqı, çox güman ki, bu qərarı dəstəkləməyəcəkdi.

“Müharibənin qarşısını almaq olardımı? Bəli, Qarabağ ətrafındakı beş rayonu Azərbaycana versəydik. Ancaq bu vəziyyətdə də Qarabağın statusu həll olunmazdı. Bunu sizdən soruşsaydım,  mənə nə cavab verərdiniz. Qarabağ ətrafındakı bu əraziləri geri verərdinizmi? Düşünürəm ki, mən də daxil olmaqla heç kim razılaşmayacaqdı”. Paşinyan etiraf edib. \\Konkret