Paşinyan erməni ordusunun geri çəkildiyini etiraf elədi

60

Hurriyyet.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində Qarabağdakı erməni hərbçilərinin şimal və cənub istiqamətlərində geri çəkildiklərini etiraf edərək deyib: “Hakimiyyət heç vaxt Qarabağdakı döyüşlərin gedişatındakı itkilərini xalqdan gizlətməyəcək”.

Paşinyan hazırda cəbhə xəttindəki vəziyyətin olduqca ağır olduğunu hamının başa düşməli olduğunu söyləyib.