“Paşinyan da gec-tez tarix qarşısında cavab verəcək” – Millət vəkili

123

İşğalçı Ermənistan rəhbərliyi, başda Nikol Paşinyan olmaqla siyasi məsuliyyət hiss etmirlər. Onlar öz ölkəsi, beynəlxalq birlik, eyni zamanda mövcud problemlər qarşısında nə etdiklərinin fərqində deyillər. Təcrübəsiz, küçədən gələn bir qrup insan hakimiyyəti zəbt edərək ilk növbədə ölkələrinə nə qədər ziyan vurduqlarının mahiyyətini dərk etmirlər. Sözsüz ki, bundan sonra hakimiyyətə gələnlər onları qiymətləndirəcək.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirb.

O qeyd edib ki, işğalçı ölkədə olan mövcud reallıqları Azərbaycandan tam açıq görünür.

Millət vəkili bildirib ki, Ermənistan hakimiyyətinin ən böyük səhvi məhz Dağlıq Qarabağ probelminin həlli üzərində özlərinə divident qazanmaq cəhdləridir: “İşğalçı Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlar da Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Onlar işğal edilmiş ərazilərdən silahlı birləşmələrin çıxardılmasından imtina edirdi. İndiki siyasi komanda da məsuliyyətsiz bəyanatlar verərək işğal edilmiş torpaqları Ermənistan ərazi hesab edir. Tovuz döyüşlərində ağır məğlubiyyətə uğrayan Ermənistan rəhbəliyi bütövlükdə özləri üçün bir qırmızı xətt tutublar”.

Aydın Mirzəzadə bildirib ki, Azərbaycan Ermənistan tərəfindən torpaqlarının işğal faktı ilə barışmaq firkrində deyil: “Azərbaycan Ermənistana hərtərəfli təzyiq göstərir. Keçmiş Ermənistan prezidenti Serj Sarkisyan da etriaf etdi ki, Azərbaycan heç zaman Dağlıq Qarabağın müstəqiliyyi ilə razılaşmayacaq. Eyni zamanda cənab Prezident son günlərdə bir bəyanat səsləndirdi ki, “heç kəs Azərbaycana nə etmək lazım olduğunu öyrətməsin. Biz nəyi, nə zaman edəcəyimizi yaxşı bilirik”.

Deputat vurğulayıb ki, Azərbaycan siyasi-iqtisadi qüdrətini gücləndirməklə ordumuzun möhkəmlənməsinə təminat yaradıb.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları içərisəndədir: “Hərbi qüdrətimiz bu gün Ermənistana ən ağır zərbələr endirmək imkanındadır. Bütün bunlar isə ona dələlət edir ki, Ermənistan nə qədər ki, gec deyil, işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməlidir. İşğalçı ölkənin rəhbərliyi populist, məsuliyyətsiz bəyanatlardan çəkinməlidir. Ermənistan hakimiyyəti apardığı siyasətlə öz ölkəsinin gələcəyini böyük risklər altında qoyduğunun fərqinə varmalıdır. İşğalçı ölkənin rəhbərlyinin vermiş olduğu hər bəyanatın, atdığı hər addımın cavabını alır və bundan sonra da alacaqdır”.

A.Mirzəzadə qeyd edib ki, işğalçı ölkədə hakimiyyətdə olan hər kəs bundan öz şəxsi maraqları naminə istifadə edir: “Bu Köçəryana, Sarkisyana, indiki baş nazir Paşinyana da aiddir. Yaxşı bilirlər ki, çox da uzaq olmayan bir dövrdən sonra xalq onları tarixin zibilliynə atacaq. Ermənistandakı indiki hakimiyyət komandası cəmiyyətin problemləri ilə bağlı heç bir addım atmadı. Ona görə də, indiki baş nazirdən narazılıq kifayət qədər yüksəkdir. Məhz bu qısa hakimiyyətlərindən istifadə edərək bacardıqları qədər varlanmağa çalışırlar. Onlar üçün ən perspektivli sahə isə işğal edilmiş Azərbaycan torpaqlarının istismar edilməsidir. İşğalçılar Azərbaycanın təbii sərvətlərini ilə müəyyən qazanc əldə etməyə çalışırlar. Bu addım bəlkə də qısa bir müddətdə onlara fayda verəcək. Amma bütün bunların hamısının cavabı verilməlidir. Paşinyan da istisna olmamaqla başqasının torpağını zəbt edən, təbii sərvətlərini mənimsəyənlər gec-tez tarix qarşısında cavab verəcəklər”.