Paşinyan: “Azərbaycanla sərhədimiz adi sərhəd olmalıdır, döyüş xətti yox”

768

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına videomüraciəti zamanı Qarabağ müharibəsindən sonra dəqiqləşdirilməkdə olan Ermənistan-Azərbaycan sərhədinin cəbhə xətti yox, adi sərhəd xətti olacağını bildirib.

Paşinyan deyib: “Bizim silahlı qüvvələrimiz sərhəd xətti boyunca yerləşdirilirlər. Bu proses insanların düşüncəsində problemlər yaradır. Praktiki xarakterli başqa problemlər də var. Lakin onların həll edilməsi mümkünsüz deyil və biz onların həlli üzərində çalışırıq. Bizim sonrajı fəaliyyətimiz bu istiqamətdə olmalıdır – bu sərhəd cəbhə xətti yox, həqiqətən də sərhəd olmalıdır və biz bu yolla getməliyik”.