Azərbaycanda valyuta hərraclarının qaydası dəyişdirilə bilər

    6

    “Paşa Bank“ın sədri əlavə edib ki, hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları ilə cari valyuta tələbatına dair danışıqlar aparır: “Biz korporativ müştərilərlə işlədiyimiz üçün valyuta tələbimiz çox olur. Amma düşünmürəm ki, AMB bazara tələbatdan az valyuta çıxarır. Ola bilər hansısa bank 50 mln. dollar valyuta almaq istəyir, amma real tələbatı isə 10 mln. dollardır. Ona görə də məndə olan məlumata görə, artıq AMB kommersiya bankları ilə danışıqlar aparır ki, hərraca sifarişlər tələbata uyğun verilsin“.