Partiya sədri onlayn səsvermə ilə SEÇİLDİ

357

Gürcüstanda ilk dəfə siyasi partiya sədri onlayn səsvermə yolu ilə seçilib.

 

Dekabrın 21-də start verilən səsvermə prosesi dekabrın 25-i saat 21:00-da başa çatıb. Nika Meliya onlayn səsvermə yolu ilə Gürcüstanın əsas ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMH) partiyasının sədri seçilib.

 

Dörd gün davam edən onlayn səsvermədə partiya üzvləri ilə yanaşı, siyasi tərəfdarlar da iştirak ediblər.

 

Qeyd edək ki, “Vahid Milli Hərəkat” partiyası 2001-ci ildə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfindən təsis olunub. M.Saakaşvilidən sonra VMHP-yə rəhbərlik edən Qriqol Vaşadze bu il dekabrın 15-də siyasi qurumun sədri vəzifəsindən istefa verib. \\Modern.az