“Parni iz Baku”nun aktyoru vəfat etdi – FOTO

156

Əfsanəvi “Parni iz Baku” KVN komandasının aktyoru Rauf Əsgərov vəfat edib.

Hurriyyet.org olke.az-a istinadən bildirir ki, bu barədə aktyor Vado Korovin sosial şəbəkədə məlumat verib.

”Çox kədərlə qeyd etmək istəyirəm ki, bizim Rauf Əsgərov vəfat edib. Allah rəhmət etsin”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Rauf Əsgərov 90-ci illərdə KVN komandasının üzvü olub. O, bir müddət Rusiyada yaşayıb.