Parlamentdə COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək

39

Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.

Bu, Milli Məclisin Səhiyyə  komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.

İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.