Parisin meri Fransanın qondarma Atrsaxı tanımasını istəyir

150

Hurriyyet.org xəbər verir ki, Paris şəhərinin meri Ann Hidalqo Fransanın Dağlıq Qarabağı tanıması üçün ölkəsinin Xarici İşlər Nazirliyinə müraciət eləmək niyyətindədir.

Hidalqo “Tvitter” səhifəsindəki açıqlamasında yazıb: “Paris Şurası  bir neçə həftəlik münaqişədən ciddi zərər çəkmiş Dağlıq Qarabağ ermənilərinə yardım üçün bir sıra tədbirlərin həyata keçirilməsinin lehinə səs verib.  Paris Şurası Artsax respublikasının (Dağlıq Qarabağa ermənilərin qoyduğu qondarma ad – red.) tanınması istəyini bildirib. 50 000 avro dəyərində əlavə yardım Fransanın Erməni Fondu təşkilatı vasitəsi ilə göndəriləcək”.

Paris Şurasının iclasında çıxış edərkən Hidalqo  Fransanın Xarici İşlər nazirinə “Artsax respublikasını tanımağı və onunla əməkdaşlıq eləməyi təklifi ilə” məktub yazmaq niyyətində olduğunu bildirib.

Bəlli olduğu kimi, Fransanın Xarici İşlər naziri ölkəsinin ATƏT-n Mink qrupunun həmsədri olaraq, Qarabağ məsələsində neytral mövqe tutmalı olduğunu qeyd eləmişdi.

Senator Bryuno Retayo isə 25 noyabr tarixində Fransa Senatında Dağlıq Qarabağın tanınması barəsində qətnamə layihəsinin müzakirə ediləcəyini bildirib. Retayo özü bu təşəbbüsün müəlliflərindən biridir.

https://twitter.com/Anne_Hidalgo/status/1329105714791460864?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1329105714791460864%7Ctwgr%5E&ref_url=https%3A%2F%2Fria.ru%2F20201119%2Fkarabakh-1585356588.html