Parisdə hökumət əleyhinə etirazlar- 100 TƏLƏBƏ SAXLANILDI

    3

    Fransanın paytaxtı Parisdə hökumətə qarşı etirazlarda 100-dən çox tələbə saxlanılıb.

    Hurriyyet.org xəbər verir ki, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

    Qeyd edək ki, Fransada bütün ölkə üzrə etirazlara 139 min insan qatılıb.

    Etirazların yaranmasına səbəb hökumətin 2022-ci ilə qədər 120 min iş yerini məhdudlaşdırmaq qərarıdır.

    Bu, keçən ilin mayında hakimiyyətə gəlmiş Emmanuel Makronun dövründə üçüncü böyük tətil sayılır.