Parisdə etirazlar qızışdı: 158 nəfər saxlanıldı, 65 yaralı var

    30

    Parisdə benzin qiymətlərinin artırılmasına görə keçirilən etiraz aksiyaları zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

    Bu barədə Fransa televiziyası informasiya yayıb.

    Məlumata görə, etirazçılar Şarl de Qol meydanında polisin yaratdığı kordonu yarmağa cəhd ediblər, polis istiqamətində uzun müddət müxtəlif əşyalar atılıb.

    Polisin müdaxiləsi nəticəsində 2 nəfər saxlanılıb.

    ***

    Parisin 7 mərkəzi metrostansiyası etiraz aksiyaları səbəbindən bağlanıb.

    ***

    Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

    Etiraz aksiyası zamanı 158 nəfər saxlanılıb, 11-i polis olmaqla, 65 nəfər yaralanıb.

    Fransa Baş naziri Eduard Filip açıqlamasında Parisdəki etirazlara 5500 nəfərin iştirak etdiyini, polisin şiddətə məruz qaldığını deyib. \\Axar.az