PARİSDƏ ETİRAZLAR DAVAM EDİR: nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edildi

    15

    Hurriyyet.org xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində polis benzinin qiymətinin bahalaşmasına qarşı üsyan edən “sarıjiletlilər”ə qarşı gözyaşardıcı qazdan istifadə edib.

    Kütləvi etiraz hərəkatı noyabrın 17-dən başlanıb. Ötən şənbə günü etirazlarda və kütləvi iğtişaşlarda 100 min nəfərdən artıq insan iştirak etmişdi.

    Etirazlar əsasən, şənbə günləri şiddətlənir. Bu gün Parisdə metronun yeddi mərkəzi stansiyası bağlanıb. Altı min nəfərə qədər polis və jandarma asayişin qorunması üçün səfərbər olunub.

    Fransa prezidenti Emmenuel Makron hakimiyyətin xalqın narahatlığını başa düşsə də, öz yolundan dönməyəcəyini bildirib. Makron bərpa edilən enerji mənbələrinə olan xərcləri artırmaq və 2035-ci ilə qədər energetikada atomun payını 50 fazi azaltmaq planlarından danışıb.

    Yanvarın 1-dən etibarən, Fransada benzinin litrinin qiymətinin 2,9 avrosent, dizelin isə 6,5 avrosent bahalaşacağı gözlənilir. Europe1 radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində ölkədə dizel yanacağının qiyməti 23%, benzinin qiyməti isə 15% artıb.

    Hurriyyet.org