Parisdə polis miqrantlara qarşı zorakılıq tətbiq edib

186

Fransanın paytaxtı Parisdə polis miqrantların çadır düşərgəsini dağıdıb.

“Report” xəbər verir ki, bu barədə “BBC News” bildirib.

Qeyd edilir ki, noyabrın 24-ü gecə Fransanın hüquq-mühafizə orqanları insanları Parisin Respublika meydanından sıxışdırıb. Təxliyyə edilən miqrantlar bundan sonra çadırlar qurublar.

Müxtəlif mətbu orqanlarda yayılan video və foto polis və miqrantlar arasında sərt toqquşmaları əks etdirir. Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen hüquq-mühafizə orqanlarından hesabat tələb edib.

Qeyd edək ki, beynəlxalq “Sərhədsiz Həkimlər” (MSF) təşkilatı da polisin bu hərəkətlərini pisləyib. Təşkilat Fransa polisinin zorakılığı və Paris mərkəzində miqrantların düşərgəsinin dağıdılmasının gedişatında təşkilat tərəfindən yayılan humanitar materiallara zərər vurulması ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərindən şikayət edib.