Paris və Marsel şəhərləri koronavirusla bağlı yüksək risk zonaları elan edilib

75

 

Fransa hökuməti Paris, Marsel və bu şəhərlərin ətrafındakı bölgələri koronavirusla bağlı yüksək risk zonaları elan edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hökumət adları çəkilən şəhərlərin səlahiyyətli orqanlarına insanların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq, ictimai nəqliyyat və hava səyahətlərinin məhdudlaşdırılması, ictimai yerlərə, restoran və barlara və digər müəssisələrə girişi məhdudlaşdırmaq tapşırığı verib.

Qeyd edək ki, Fransada artıq son iki həftədir COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur.