Parad Azərbaycanın hərbi gücünün nümayişi idi – RUSİYALI POLİTOLOQ \ VİDEO

    15

    ''Azərbaycan Silahli Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi parad, ilk növbədə, ölkənin artan hərbi gücünün nümayişi idi''.

    Hurriyyet.org-un məlumatına görə, bunu Rusiya Dövlət Humanitar Universitetinin xarici siyasət, regionşunaslıq kafedrasının dosenti, politoloq Sergey Markedonov bildirib.

    Qafqazşünas, politoloq qeyd edib ki, Milli Ordunun və digər güc strukturlarının 4 min hərbi qulluqçusunun iştirak etdiyi, ən müasir silahların, hərbi texnikaların nümayiş etdirildiyi parad bir daha göstərdi ki, Azərbaycan çox güclü bir potensiala malikdir.

    Sergey Markedonov bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi paradda iştirak etməsi türk həmrəyliyinin möhkəm bağlar üzərində qurulduğunu bir daha sübut etdi.

    O qeyd edib ki, prezident İlham Əliyev öz nitqində hərbi bəyanatlara da yer verib. Politoloqun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazı bütövlüyü prinsipini əsas götürərək, münaqişənini hərbi yolla həlli imkanlarının da mümkün variant oldugunu bildirib. Qafqazşünas əlavə edib ki, dövlət başçısı Azərbaycanın hərbi sahədə əməkdaşlıgını yalnız Türkiyə ilə deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrlə də edir.

    Sergey Markedonov vurğulayıb ki, burada Ermənistan üçün ciddi siqnal ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi Ermənistanın tərəfdaşları sayılan Rusiya və Belarus ilə hərbi əməkdaşlığın daha da genişləndirilməsi haqqında da düşünür.

    Politoloq qeyd edib ki, hərbi paradda nümayiş etdirilən hərbi texnikanın nə zaman tətbiq ediləcəyini isə proqnozlaşdırmaq çətindir. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: