“Pandemiyadan sonra yerli məhsulların qiymətində azalmalar müşahidə oluna bilər” – VÜQAR BAYRAMOV

105

Dünyada ölkələrin bir çoxu koronovirusla mübarizə aparır. Bus səbəbdən əksər ölkələrin iqtisadiyyatına böyük ziyan dəyib.

Görəsən, pandemiyadan sonra Azərbaycan iqtisadiyyatını nə gözləyir?

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Hurriyyet.org-a açıqlamada, bazarda daha çox yerli məhsullara üstünlük verilməli olduğunu qeyd edib. O, yerli məhsulların qiymətində azalma olacağını da istisna etmir:

“Hamını düşündürən ən vacib məsələlərdən biri, pandemiyanın hansı müddəti əhatə etməsiylə bağlıdır. Əvvəl ki, dövrlərdən fərqli olaraq, aparıcı təşkilatların rəhbərləri belə postpandemiya sözünü ehtiyyatla istifadə edirlər. Çünki, postpandemiyanın hansı dövrü əhatə etməsi hələ ki, sual altındadır. Amma, Azərbaycan pandemiyaya hazırlıqlı olan ölkələrdəndir. Çünki, postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsini özündə ehtiva edir. Nəzərə alsaq ki, iqtisadi paket çərçivəsində olan vergi güzəştləri  və elektron kredit paketi artıq tətbiq olunub. Nəticə etibar ilə, sahibkarlar postpandemiya dövründə həm güzəştli vergi dərəcələrindən, həm də güzəştli kredit imkanlarından yararlana bilirlər. Təbii ki, bu dövrdə iqtisadi imkanların mərhələli şəkildə bərpa olunacağı gözlənilir. Bu da, iqtisadi aktivliyin qısa zamanda bərpa olunacağına imkanlar yaradacaq. Bütövlükdə, istehsalın tam artacağı gözlənilir. İstehsalı dəstəkləyən vergi güzəştləri artıq icra edilir. Bu da birbaşa yerli istehsalın dəstəklənməsi və artırılması imkanlarını yaradır. Nəticədə, bazarda yerli məhsulların artmasına gətirib çıxaracaq. O baxımdan istehlak bazarında yerli məhsullara üstünlük veriləcəyi gözlənilir. Güman olunur ki, istehsal genişləndikcə, yerli məhsulların qiymətində də azalmalar müşahidə olunacaq. Təbii ki, bütün bunlar mərhələli şəkildə həyata keçiriləcək proseslərdir. Əsas hədəf, idxalın azaldılmasıyla, yerli istehsalın artırılmasına nail olmaqdır. Bazarda daha çox, yerli məhsullar təkilf olunmalıdır”.

Millət vəkili, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorundan əldə olunan gəlirlərlə artırmalı olduğunu bildirib:

“Manatın məzənnəsinə birbaşa Mərkəzi Bankın mövqeyindən aslıdır. Mərkəzi Bank birbaşa manatın məzənnəsini müəyyənləşdirən mərkəzi qurum sayılır. Postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı xüsusilə qeyri-neft sektorundan əldə olunan gəlirlərlə artırmalıdır. Bu da ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq”.

Hurriyyet.org