Pandemiya, yoxsa “ölüm mələyi”…

1518

Artıq “insanların filtrasiyası”na sürətli şəkildə start verilib…

Əslində, pandemiya xaosu başlanandan bu məsələ barədə yazıram. Statistikadan gətirdiyim misallara əsasən qeyd etmişik ki, pandemiya  başlayandan sonra əksər ölkələrdə olduğu klimi, Azərbaycanda da əhali sayı və nigah sayı sürətlə azalmağa doğru gedir. Pandemiya ilə başlanan dijital-rəqəmsallaşma sürəci cəmiyyəti də dəyişməyə zorlayır. Pandemiya qorxusu isə bunda lazım olan qədər yardımçı olur.

Bağlanan iş yerləri ilə insanlar işsiz, deməli, aşsız qalır. Əksər sahələr onlayn müstəviyə keçir və texnologiya sosiologiyanı dəyişir. Dünyanın müxtəlif yerlərindən artıq peyvənd meydana gətirmək və dünyanı peyvənd satışı üzrə bölüşdürmək üzrə mübarizəyə tam sürətlə start verilib. Məsələn, Rusiyalı həkim və aparıcı Aleksandr Myasnikov yeni növ koronavirus (COVİD-19) epidemiyasının qarşısını almaq üçün Rusiya tərəfindən hazırlanan “Sputnik V” peyvəndinin sınaqdan keçirilmədiyini iddia edən qərbli həmkarlarını tənqid edib. O, “Sputnik V” ilə ABŞ-da hazırlanan “Pfizer” peyvəndini müqayisə edib. Myasnikov “ABŞ-ın hazırladığı peyvəndin nə dərəcədə “pis” olması ilə bağlı mübahisə etmək istəmirəm. Onlar kimi olmamaq lazımdır. Ancaq onların güzgüyə baxmalarını təklif edə bilərəm”, – deyə bildirib.

O, ABŞ-ı “peyvənd müharibəsi”ni dayandırmağa, bütün qüvvəsini koronavirusla mübarizəyə kökləməyə səsləyib.

Qeyd edək ki, Rusiyada Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan və dünyada ilk qeydə alınan koronavirus peyvəndi olan “Sputnik V”-nin sınaqdan keçirilmə mərhələləri 40 min nəfərin iştirakı ilə davam edir. Bundan başqa, koronavirus dünyada yoxsullaşmaya səbəb olmaqla yanaşı, bəzi iş adamlarına milyonlar qazandırır. Bəli, nə qədər təəccüblü olsa da, pandemiya dövründə yaranan mövcud vəziyyət bəzi zənginlərin sərvətlərinə sərvət qalıb. Dünyanın ən varlı 10 insanı mövcud sərvətlərini artıraraq, 400 milyard dollar əlavə gəlir əldə ediblər.

İlk altılığın siyahısı belədir:

  1. “Amazon” şirkətinin qurucusu Jeff Bezos – 185 milyard dollar;
  2. “Tesla” şirkətinin qurucusu İlon Mask;
  3. Fransalı milyonçu Bernard Arnault;
  4. “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukkerberq – 85 milyard dollar;
  5. “Google”şirkətinin sahibi Larri Peyc – 76 milyard dollar;
  6. “Microsoft” şirkətinin qurucusu Bill Qeyts – 20 milyard dollar;

Bəs pandemiya sayəsində işini itirən insanların statistikası aparılırmı? Yəqin ki, pandemiya şəraitində bu məsələ yada düşmür.

Peyvəndlərin keyfiyyətinə və etibarlılığına gəlincə, ekranlardan xüsusi şəkildə tirajlanan “iynə vurma ritualı”na baxmayaraq, bu səhnələr insan bədənlərinə yeridiləcək preparatların güvənirliyini aşılmaq məqsədi daşısa da, insan kütlələrinin etiraz səhnələrindən bəlli olur ki, teatr effektiv olmayıb. Belə ki, 19.12.2020-ci il tarixdə ABŞ-ın İllinoys ştatında yerləşən xəstəxananın dörd əməkdaşında ürək döyüntülərinin artması və iynələnmə hissləri də daxil olmaqla, mənfi reaksiyalar aşkarlandığından, sonra işçilər üçün koronavirus peyvəndlərinin vurulması dayandırıldı. Bildirildi ki, üç işçi ambulator yardım alacaq, dördüncüsü isə xəstəxanaya yerləşdirildi.

Rəsmi açıqlamaya görə, Çikaqodan təxminən 62 kilometr şimalda yerləşən “Advocate Condell” tibb mərkəzi təhlükəsizlik səbəbi ilə işçilərinə “Pfizer” peyvəndi vurmağı müvəqqəti dayandırıb.

Gələcəkdə peyvəndin hansı yan etkilərə səbəb olacağını indidən bilmək olmaz. Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC bildirib.

Qeyd etdiyimiz kimi, bir neçə gün əvvəl Britaniya alimləri koronavirusun yeni, mutasiya etmiş variantını aşkarlayıblar. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Xenkok bildirib ki, bu, İngiltərənin cənub-şərq hissəsində xəstəliyin sürətli yayılması ilə bağlı ola bilər. Həmin vaxt ölkənin cənubunda yeni ştamla təxminən 1 000 yoluxma qeydə alınıb. İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur. Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.

“The İndian Express”in yazdığına görə, Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmır. Məlumata görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz immunitetlərinin infeksiyadan qoruyacağına inamdır. Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insanın iştirakı ilə keçirilib. 18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı aşılanmanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir.

Böyük Briyaniyada Covid-19-un mutasiyaya uğramış variantının qəfildən vüsət alması ada-dövlətin öz bir anda dünyadan təcrid olunması ilə nəticələndi. Həm ölkəyə gələn, həm ölkədən gedən təyyarə reysləri ləğv olundu, ölkə tərk olunmuş vəziyyətə düşdü. Əvvəlki variantına görə tez yayılsa da, bu virusun öldürücü keyfiyyətinin daha az olduğu bildirildi. Lakin bu amil süni xaos vəziyyətinin teatrlaşdırılmış səhnələrinin oynanmasına mane olmadı.

Maraqlıdır, bununla hansı mesaj verilməyə çalışıldı? İngiltərənin özünü dünyadan təcridi digər ölkələrə model kimi təqdim olunacaqmı? Əlbəttə, elə bir mənzərə yaradılacaq ki, milli dövlətlərin tək halda pandemiyanın qarşısında çarəsiz qalması qabardılaraq, “qlobal dövlət” çatısı altında birləşməsi zərurət kimi təqdim olunsun, qloballaşmış, tək bir nöqtədən idarə olunan toplum gündəmə gətirilsin… Qlobal Dünya Dövləti -Rəqəmsal Diktatura!

Dediyimiz kimi, texnologiya sosiologiyanı dəyişir… Dünyanın qlobal dövlətə keçidinin 1-ci fazası olan teatrlaşdırılmış pandemiya özü ilə gətirdiyi yeni qaydalarla canlı həyatı onlayn-virtual müstəviyə keçirdi. Məsələn, ərzaq dükanlarından başqa çalışan digər bütün ticarət obyektləri. Əvvəl bu obyektlərdə çalışan onlarla işçi kollektivi indi onlayn fəaliyyət göstərdiyinə görə, yalnız bir tək satıcı ilə əvəz olunur.

Təbii ki, onlayn iş sistemində gündəlik işə gedib-gəlməyən insanların qarderobunu dolduracaq qədər geyimə də ehtiyacı qalmayacaq. Güman ki, gələcəkdə ərzaq dükanları da onlayn sistemə keçəcək, bir baxımdan onlayn sərfəli də görünə bilər. Çünki ilk öncə hansısa mağazanın fəaliyyətini qurmaq üçün mağaza kirayələməyə, bir qism iş heyəti saxlamağa da ehtiyac qalmayacaq. Doğrudur, elə iş sahələr var ki, orada birbaşa insan əməyindən istifadə olunmalıdır, amma zaman keçdikcə onlardan da bəzilərini robotlaşma ilə əvəzləmək olacaq. İstehsal sahələrindən tutmuş bütün iqtisadi sferalarda resurslar bir qismin əlində cəmləşəcək. İqtisadiyyatda rəqabətdən tək ələ keçid baş verəcək. Kiçik və orta biznesin adı qalacaq, özü yox. Onlayn sistemə keçən iş sferaları insan ünsiyyətinin azalmasında öz sözünü deyəcək.

Bəlkə bəzilərinə iş fəaliyyətinin onlayn müstəviyə keçməsi rahat gələ bilər. Amma bu onlaynlaşma özü ilə nələri gətirəcək və ya nələrin sonunu gətirəcək, gələcəkdə görəcəyik. Məsələn, məktəblərdə onlayn təhsilə keçid artıq “sosiallaşma”nı yox etməkdədir. İnsan cəmiyyətdə yaşam qaydalarını uşaq bağçalarından sonra məktəblərdə öyrənir. İlk öncə hamı üçün əlçatan təhsil sistemində cəmiyyətin alt qatlarından, kasıb təbəqəsindən gələn uşaqların da tanışmağı, davranmağı, insanı və mənəvi dəyərləri mənimsəməyi, ona verilən şansdan yararlanaraq, karyera qurmaqda başarılı olmaqla, bir çox uğurlara nail olmağı bacaran şəxslərə çevrilmək imkanı var idi. Təhsilin onlayn sistemə keçməsi ilə bərabər onların bu şansı əlindən alındı. Hərçənd ki, bu amil bəh-bəhlə texnoloji inkişafın bir hissəsi kimi təqdim olunur.

Onlayn təhsil həm də cəmiyyətin keyfiyyətli təhsilə əli çatan və çatmayan təbəqələrə bölünməsi üçün “alət, instrument” kimi istifadə olunacaq ki, toplumun ələkdən keçirilməsi – yaralılara və yarasızlara ayrılması prosesi getsin. Xatırlayırsınızsa, “Dəli Kür” filmində Rus Əhmədin uşaqlarını oxumağa göndərmək istəməyən kəndlilərlə belə bir dialoqu olur: “Niyə gərək faytonçu oğlu hökmən fayton sürsün? Axı neyçün elə gərək qəssab oğlu ömrü boyu əlində balta ət doğrasın? Bəlkə uşaqlar bunu istəmir? Bəlkə Allah onları daha böyük işlər üçün yaradıb? Bəlkə onlardan gələcəkdə yaxşı həkim, müəllim, aqronom  olacaq?”. O zaman belə çar imperiyası insanlara özünü realizə etmək üçün bərabər şansıların verilməsinin gərəkdiyini anlamışdı.

Beləliklə, gələcək nəsillərin bu şansı əllərindən alınır və “insanların filtrasiyası”na sürətli şəkildə start verilir. Əvvəllər bu narkotiklərə aludəçilik yaratmaqla, alkoqola alışdırmaqla, mənasız seriallara vaxt öldürməklə və.s ilə aparılırdı və insanlar bunun fərqində deyildilər. Bu sınaqlardan “üzüağ” çıxan fərdlər cəmiyyət nərdivanında öz yerini tutmağa layiq idi. İndi isə insanların təbəqələrə bölünməsi gedəcək və aşağı kastadan heç kim yuxarı kastaya keçə bilməyəcək. Ən azı onlayn təhsil sistemi bunun ilkin əsaslarını hazırlayır. Hərçənd onsuz da keyfiyyətsizləşən qidanın, toxumların QMO-laşdırılması yolu ilə insanların qısırlaşdırılmasında əməlli-başlı uğurlar ortadadır. Qısırlığın statistikası aparılsa, əhali azalmasında bu qədər artımın əmələ gəlməsini başqa necə izah etmək olar?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA