Pandemiya şəraitində avtobusda sıxlıq müşahidə olundu – BNA AÇIQLAMA VERDİ

150

Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldıqdan sonra, sərnişin avtobuslarında böyük sıxlıq yaranıb desək yanılmarıq. Pandemiya şəraiti olmasına baxmayaraq, sıxlığın real mənzərəsini jurnalist Famil Fərhadoğlunun paylaşdığı fotodan da görmək olar.  Bəlkə xəttə buraxılan avtobusların sayı artırılmalıdır? Sosial şəbəkələrdə yayılan fotonun hansı avtobusda qeydə alındığını öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin Mətbuat rəhbəri Mais Ağayev Hurriyyet.org-a sıxlığın 165 nömrəli avtobus xəttində qeydə alındığını və bu halın davam edəcəyi halda, 165 nömrəli marşurt xəttinin dəyişdiriləcəyini bildirib:

“Sözügedən paylaşım 165 nömrəli avtobus xəttində qeyd alınıb. “Çinar-Trans” MMC-nin istismarında olan xəttdir. Artıq həmin məsələylə bağlı 165 nömrəli müntəzəm xətt üzrə avtobus daşıyıcı Bakı Nəqliyyat Agentliyinə dəvət edilib. Ötən həftədə belə bir hal müşahidə edilib. Şirkətin direktoru İsmayıl Hüseynovun da izahatı alınacaq. Çünki, bütün daşıyıcılara göstəriş verilib ki, avtobus sayı azaldılmasın, əksinə avtobus sayı mövcud pandemiya şəraitinə uyğun tənzimlənməlidir. Əgər, bu hal belə davam edərsə, o zaman 165 nömrəli marşurt xətti dəyişdiriləcək. Ümumiyyətlə, qoyulan tələblərin hamısı sərnişinlərin rahatlığı üçündür və hər bir daşıyıcının da borcudur ki, bu qaydalara əməl etsin. Qaydalara əməl etməyənlər barədə də əvvələr tədbir görülüb.  11, 24 və 30 nömrəli avtobus xəttləriylə bağlı belə bir addım atılmışdı. Nəticədə həmin xəttlər onların əlindən alınıb və “Bakubus” MMC-yə verildi”.

Hurriyyet.org