“Pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər” – VÜQAR BAYRAMOV

132

“Dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma böhran öncəsi nisbi sakitlik də ola bilər”

“Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur. Avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif olunur”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır: “Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 tirlyon dollaradək artacağı barədə açıqlamalar verirlər. Bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər. Deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org