Pandemiya dövründə UEFA oyununda bir ilk

51

“Bavariya” (Almaniya) və “Sevilya” (İspaniya) arasında Budepeştdə keçiriləcək Avropa superkubokunun oyununu 20 min 100 azarkeş tribunadan izləyə biləcək. Qol.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bu, koronavirus pandemiyası dövründə UEFA bayrağı altında keçirilən matça azarkeşlərin buraxılacağı ilk görüş olacaq. Qarşılaşmanın keçiriləcəyi “Ferens Puşkaş” stadionunun 67 min tamaşaçı tutumu var. UEFA-nın qərarına əsasən, görüşə arenanın tutumunun 30 faizə qədər fanat buraxılacaq. Klubların hər biri azarkeşlərinə satmaq üçün UEFA-dan 3 min bilet alacaq. Digər 14 min 10 bilet isə satışa çıxarılacaq.