Pandemiya dönəmində Azərbaycan və beynəlxalq əlaqələr – LAYİHƏ

31

Azərbaycan bir dövlət olaraq müstəqilliyinə qovuşduqdan sonra, faktiki olaraq bütün beynəlxalq təşkilatlarla çox ciddi əlaqələr qurmuş və bu münasibətlərin sayəsində strateji baxımdan üstünlüklər əldə etmişdir. Afrika İttifaqı, Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB), Asiya İnkişaf Bankı (AİB), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Azərbaycan, Avropa İttifaqı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) – Azərbaycan münasibətləri, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Beynəlxalq Valyuta Fondu (IMF), Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin İnkişaf Proqramı (BMTİP), Sənaye İnkişafı Təşkilatı (UNIDO), Ümumdünya Turizm Təşkilatı (UNWTO), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), Dünya Bankı, Ərəb Dövlətləri Liqası, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO), Kimyəvi Silahların Qadağan olunması Təşkilatı və Azərbaycan (OPCW), Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Qoşulmama Hərəkatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunmasına üzrə Müqavilə Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT), Ümumdünya Ticarət Təşkilatı (WTO), YUNESKO və digər təşkilatları buna örnək göstərmək olar. Bu qurumlardan biri də Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Xüsusilə dünyanı öz ağuşuna almış pandemiya dönəmində Azərbaycan ÜST-lə çox ciddi əlaqələrini ortaya qoymuş oldu.

Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə milli plan

Azərbaycan Respublikasında Quş Qripi xəstəliyinin Qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının 8 avqust 2008-ci il tarixli iclasında təsdiq edilmişdir. Bu barədə  №2 saylı dövlət protokolu mövcuddur. Hər il qrip epidemiyaları və xüsusilə də yüksək riskli qruplar arasında bununla bağlı xəstəliyə yoluxma və yüksək ölüm faizi səhiyyənin ən böyük problemlərindən biridir. Milli ekspertlərin məqsədi ÜST ilə fəal əməkdaşlıq şəraitində qripə dair beynəlxalq nəzarətin artırılması və genişləndirilməsi və ölkəni baş verə biləcək qrip pandemiyasına hazırlamaqdan ibarətdir. Gözlənilən yüksək yoluxma dərəcəsi, fəsadlaşmalar, ölüm ilə nəticələnən pandemiyanın ağırlığının minimuma endirilməsində həlledici rolu ölkə və beynəlxalq səviyyələrdə pandemiya vəziyyətlərində fəaliyyət göstərəcək milli səhiyyə sistemi oynamalıdır. Qrip Pandemiyasına Hazırlıq üzrə Milli Planın yaradılması, 56-cı Ümumdünya Səhiyyə Assambleyasının 7 aprel 2005-ci il tarixli ÜSA 56.19 saylı Qətnaməsi və Katibliyin A58/13 saylı quş qripi üzrə qlobal müşahidəyə Hesabatının qeyri-şərtsiz dəstəklənməsi bu xəstəliyin qarşısının alınması üzrə strategiyaları Milli səhiyyə sistemlərinin prioriteti kimi müəyyən edir. Yuxarıda qeyd olunan plan ÜST-n qripin müşahidə edilməsi və ona nəzarət üzrə qlobal proqramının son tövsiyələrinə əsasən və eləcə də Azərbaycanda hazırda mövcud olan səhiyyə sisteminin imkanları nəzərə alınaraq hazırlanmış və dövri olaraq qiymətləndiriləcək və əlavələr ediləcəkdir. Epidemiya vəziyyətinin dinamikası, tibb elminin nailiyyətləri və ölkənin praktiki imkanlarından asılı olaraq bu Planda elə düzəlişlər və dəyişiklər edilməlidir ki, o pandemiya mühitində profilaktik və əksepidemik tədbirlərin maksimum yararlı səviyyədə olmasını təmin etsin.

Kütləvi xəstəliklərin qarşısının alınması yolu

Qrip Pandemiyasına Hazırlıq üzrə Milli Planın başlıca məqsədi aşağıda göstərilən məsələlərlə bağlı vaxtlı vaxtında və ətraflı tədbirlər həyata keçirə bilən tam səlahiyyətli bir təşkilatın yaradılmasıdır:

xəstəliyə yoluxmanın miqdarının məhdudlaşdırılması və qrip pandemiyasının ölüm faizinin azaldılması, xəstəliyə yoluxmuş insanların müalicəsi üçün optimal şəraitin təmin olunması, tibbi yardım, təhlükəsizlik, nəqliyyat və sair kimi həyati əhəmiyyətli ictimai sektor və xidmətlərin fəaliyyətliliyinin saxlanılması, ictimaiyyətin daimi olaraq qrip pandemiyasının gedişi və görülən tədbirlər barədə düzgün və yenilənmiş məlumatlarla təmin olunması.

Qrip Pandemiyasına Hazırlıq üzrə Milli Plandan gözlənilən əlavə nəticə ölkənin pandemiyalara hazırlığı ilə paralel olaraq mövsümi qrip xəstəliklərinə nəzarət edilməsi və monitorinqi üçün mövcud sistemin gücləndirilməsidir və beləliklə də xəstələnmə, ölüm və qrip epidemiyasının nəticəsi olan itkilərin xeyli miqdarda azalmasına nail olmaqdır.
Bu məqsədlə həyata keçiriləcək əsas fəaliyyətlər aşağıdakılardan ibarətdir:

qriplə bağlı epidemioloji və virusoloji nəzarətin gücləndirilməsi, Pandemiyalararası dövrlərdə vaksin və virus əleyhinə preparatlarından istifadə edilməsinin artırılması. Bu da hər il baş verən qrip epidemiyaları üzrə xəstələnmə və ölüm səviyyəsinin azalmasına səbəb ola bilər və eyni zamanda pandemiya olduqda bu  preparatların səmərəli və şüurlu şəkildə istifadəsi üçün tibbi yardım məntəqələrinin yaradılması istiqamətində vacib addım sayıla bilər, pandemiya zamanı gözlənilən vaksinin və virus əleyhinə dərmanların qıtlığının aradan qaldırılması üçün strategiyanın hazırlanması və qəbul edilməsi, virus əleyhinə yerli dərman ehtiyatının yaradılması. Pandemiya dövrünün başlanğıcında yeni bir vaksinin istehsal edilmədiyi bir vaxtda və sonrakı aylarda qrip əleyhinə mümkün olan yeganə spesifik dərman vasitəsi virus əleyhinə preparatlar olacaqdır.
Qripin epidemiologiyası və onun qarşısının alınması üzrə sonrakı araşdırmalar. Tibb işçiləri və geniş ictimaiyyət üçün xəstəliyin miqyası, qarşısının alınması yolları və müalicəsi üzrə ətraflı məlumatın verilməsi.

Rəhbərlik və nəzarət

Pandemiya fövqəladə hal hesab olunur və ölkə üzrə fövqəladə halların idarə edilməsi üzrə mexanizmlər tətbiq edilməlidir. Ölkə üzrə Fövqəladə Halların İdarə edilməsi Azərbaycan Respublikasında Quş Qripi xəstəliyinin Qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının (QQQDK) rəhbərliyi ilə həyata keçiriləcəkdir. Ekspertlər səviyyəsində bütün fəaliyyətlərin koordinasiyası üçün Nazirliklərarası İşçi Qrupu (NİQ) cavabdehlik daşımalıdır. Azərbaycan Respublikasında Quş Qripi xəstəliyinin Qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının koordinasiyası altında fəaliyyət göstərən və müvafiq orqanlar, müəssisələr və alimlərin iştirakı ilə təsis olunmuş Nazirliklərarası İşçi Qrupu pandemiya zamanı QQQDK koordinasiyası altında fəaliyyət göstərməlidir. Səhiyyə Nazirliyi – pandemiya baş verdiyi halda ümummilli səviyyədə mütəşəkkillik üçün məsuliyyət daşıyan başlıca qurumdur. Pandemiya zamanı bütün müvafiq təşkilatların öhdəlikləri üzrə planlaşdırma işləri aparmalıdır. Fövqəladə Hallar Nazirliyi – pandemiya baş verdiyi halda aidiyyəti agentliklər arasında əməkdaşlığın qurulması və koordinasiyanın təmin edən qurumdur. FHN Prezident Aparatı, Nazirlər Kabineti və digər Nazirliklərin məlumatlandırılması və QQQDK fəaliyyəti çərçivəsində Səhiyyə Nazirliyinin tələblərinin yerinə yetirilməsi vəzifələrini həyata keçirir.

Pandemiyanın ağır nəticələrindən uğurla çıxış nöqtəsi

Müasir pandemiyanın dalğalanan çevrəsi və kəskinləşən dünya böhranı o qədər çoxşaxəlidir ki, bu təsirlər dövlətlərin suverenliyinə təhdidlər yaradır. “Biz öz addımlarımızı elə atma­lıyıq ki, postkarantin rejiminə hazırlıqlı olaq”, – deyə ölkə başçısı cəmiyyəti bu prosesin sonrakı mərhələsinə səfərbər edir. Bu proseslər dövründə Azərbaycan xalqı və dövləti həmrəy şəkildə problemləri həll etməyə səfərbər olunmuşdur.

Ölkə başçısının liberal yö­nümlü demokratik siyasəti Azərbaycanı istehsal və xidmət sahəsinə investisiya qoyuluşu üçün əlçatan etmişdir. “Bizim iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yara­dır”, – söyləyən dövlət başçısı karantin rejimindən mərhələli şəkildə çıxmaq ideyasını cəmiyyətin diqqətinə çatdıra­raq bu dövrün cətin postulatını birgə və təmkinli dəf etməyin mümkünlüyünü qarşıya qoyur.

Azərbaycan Prezidentinin apardığı siyasətin müasir mərhələsi aşağıdakı mühüm paradiqmalara əsaslanır:

–insan təhlükəsizliyi, əhalinin sağlamlığı, pandemiyanın təsirlərinin qarşısının alınmasında maksimum səfərbərlik;

– pandemiya və pandemiyadan son­rakı dövrün sosial-iqtisadi nəticələrinin vətəndaşlara, xüsusən əhalinin aztəminatlı hissəsinə mənfi təsirlərini azaltmaq;

– pandemiyadan sonrakı dövrün inkişaf strategiyasının təməlinin nəzəri-praktiki əsaslarını formalaşdırmaq;

– yeni gəlir yerlərini – istehsal müəssisələrini araşdırıb formalaşdırmaq;

– Ermənistanın Azərbaycanın tarixi ərazilərində əl atdığı seçki oyununun qarşısının alınmasında addımların səfərbərliyi.

Göründüyü kimi, yeni dövrün –pan­demiya şəraitinin ölkə üçün qayğıları elə də az deyildir. Xüsusən, indiki dünyada siyasi sistemlərin izolyasiyası şəraitində görülən bu böyük işlər ölkə başçısının xarizması və uzaqgörən strategiyası sayəsindədir. Bu baxımdan, fəaliyyət sahəsindən asılı olmayaraq müasir şəraitdə hər bir Azərbaycan vətəndaşı ölkə başçısının ətrafında sıx birləşmək ideyasını inamla fərdı şüuru­nun ideoloji səviyyəsinə daxil etmişdir. Eyni zamanda, pandemiyadan sonrakı dünyanın qlobal çağırışları 3 mühüm paradiqmanın aktuallığını bir daha təsdiqlədi: 1. Multikulturalizmin qlobal ideolo­giyaya çevrilməsi. 2. Elektron hökumətin formalaşma­sı və idarəçiliyi mexanizmlərinin tam bərqərar olması. 3. Liberal iqtisadiyyatın rolunun yüksələn dinamikası.  Azərbaycanın son 10 ildə apardığı siyasətin dünyanın yeni inkişaf yolunun tələbləri ilə üst-üstə düşməsi bir daha onu deməyə elmi-ideoloji və siyasi əsas verir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.