“Pandemiya ən azı bu ilin sonuna qədər davam edəcək” – Almaniyalı nazir

60

“Koronavirus pandemiyası ən azı bu ilin sonuna qədər davam edəcək”.

“Reuters” xəbər verir ki, bunu Almaniyanın Federal Kansler Aparatının rəhbəri, xüsusi tapşırıqlar üzrə nazir Helge Braun “Deutschlandfunk” radiosuna deyib.

“Biz hazırda pandemiyadan sonrakı mərhələni yaşamırıq. Əksinə bir müddət bizimlə olacaq bir pandemiyanın mərkəzindəyik və ən azı bu il üçün belə olacaq”, – deyə H. Braun vurğulayıb.

Qeyd edək ki, mayın 6-da kansler Angela Merkel Almaniyada koronavirusla bağlı tətbiq olunmuş qadağaların yüngülləşdirilməsi ilə əlaqədar addımların atıldığını elan edib. Lakin o bildirib ki, virusa yoluxma sayı yenidən artacağı təqdirdə məhdudiyyətlərin yenidən bərpasına imkan verən mexanizm yaradılıb./apa/