Pakistanın baş naziri Donald Trampa bunları söylədi: “Yenidən 19 il keçsə belə, Əfqanıstanda uğur qazanmayacaqsınız”

    36

    Hurriyyet.org xəbər verir ki, Pakistanın baş naziri İmran Xan ölkəsinin ABŞ-ın terrora qarşı mübarizəsinə qoşulmasının böyük xəta olduğunu bildirib. Xan, ABŞ prezidenti Donald Tramp ilə görüşündə ona deyib: “Əfqanıstanda 19 illik müharibədə uğur qazanmadınız, bundan sonra yenə 19 il qalsanız belə, qalib olmayacaqsınız”.

    BMT-nin 74-cü Baş Assambleyasında iştirak eləmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan İmran Xan Amerikanın Xarici Əlaqələr Şurasında çıxış edib. O, çıxışı zamanı Birləşmiş Ştatların Əfqanıstan strategiyasını tənqid edib. Xan SSRİ-yə qarşı döyüşən qüvvələrin fəaliyyətinin əvvəlcə “cihad” adlandırıldığı halda, ABŞ-ın ölkəni işğal eləməsindən sonra eyni qüvvələri “terrorçu” adlandırmasını və Pakistanın da ABŞ-a qoşulduğunu deyib.

    Xan deyib: “(Pakistanın Əfqanıstanın işğalına qatılması barədə) Buna ilk gündən bri qarşı idim, çünki onları əvvəlcə çox böyük bir məqsəd olan cihad üçün təlimləndirdik, sonra da eyni qrupa: “Etdikləriniz terrorçuluqdur”, – dedik. Biz ən azı bitərəf qala bilərdik. 11 sentyabr hadisələrindən sonra ABŞ-ın qlobal terrora qarşı mübarizəsinə qoşulmaqla Pakista ən böyük xətalarından birini etdi”.

    Əfqanıstandakı vəziyyətin hərbi yolla həllinin mümkün olmadığını bildirən Xan artıq müharibənin mənasız olduğunu, ABŞ-ın əvvəl-axır oradan çıxmağa məcbur olacağını və sülhün o zaman təmin ola biləcəyini söyləyib.

    Xan ABŞ prezidenti Donald Tramp ilə görüşündə Trampa deyib: “Əfqanıstanda 19 il savaşdınız və bacarmadınız. 19 il də savaşsanız, yenə də uğur qazanmayacaqsınız. Müharibənin bir problemi həll edə bilcəyinə inanmıram. Onunla bir problemi həll eləmək istəsəniz, başqa problem ortaya çıxacaq. Əl-Qaidəni yox edə bilərsiniz, İŞİD-i ortaya çıxararsınız”.

    Hurriyyet.org