Pakistanın Qərərgah rəisi Azərbaycan bayrağına sarıldı — Moskvada mühüm görüş

177

Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə görüşüb.

Görüş Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu Ordu İdman oyunları çərçivəsində baş tutub.

Zakir Həsənov və Nadim Raza görüşdən sonra Alabino Poliqonundakı Dostluq Evində Azərbaycan stendi ilə tanış olublar. \\Oxu24