Pakistanın baş naziri Ərdoğana təşəkkürünü bildirdi

51

Hurriyyet.org xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan BMT-də Kəşmir məsələsini gündəmə gətirdiyi üçün Türkiyə Prezidenti R.T.Ərdoğana təşəkkürünü bildirib.

Ərdoğan BMT Baş Assambleyasına müraciətlə çıxışında Kəşmir xalqının hüquqlarını dəstəkləyib.

Pakistanın Baş naziri İmran Xan sosial media hesabındakı açıqlamasında yazıb: “Prezident Ərdoğanın BMT Baş Assambleyasına xitab elədiyi çıxışında Kəşmir xalqının hüquqlarını dəstəkləmək üçün səsini bir daha yüksəltdiyinə görə çox təşəkkür edirəm.

Türkiyənin sarsılmaz dəstəyi, kəşmirlilərin öz qanuni müqəddəratını təyin eləmək mübarizələrində bir güc mənbəyi olmaqdadır”.