Pakistandan Türkiyə açıqlaması: “İki dövlət bir millətik”

420

Hurriyyet.org xəbər verir ki, Pakistanın Hava Qüvvələri komandanı general Mücahid Ənvər Xan ölkəsinin Türkiyə ilə əlaqələindən danışarkən deyib: “Biz iki dövlət bir millətik. Regionada mühüm sınaq və təhlükəsizlik təhdidinə çevrilən və daha geniş əraziyə təsir eləmək riski olan Kəşmir məsələsini Prezident R.T.Ərdoğan, Xarici İşlər naziri Çavuşoğlu tərəfindən beynəlxalq platformada gündəmə gətirdi, bunun üçün təşəkkür edirik”. Ortaq layihələr, təlimlər, istehsal, təhsil, texnologiya, hərb sahələrində əməkdaşlığın ön plana çıxdığını xatırladan Xan deyib: “Türkiyə ilə Pakistan arasındakı münasibətlər dünya miqyasında qibtə ilə qarşılanır. Bu, nəsildən-nəslə keçməlidir”.

Türkiyə ilə Pakistanın regionda və xüsusilə də müsəlman ölkələri üçün sabitlik, sülh və rifah təmin eləmək istiqamətində ortaq mövqedə olduğunu bildirən Xan Türkiyənin Azərbaycana verdiyi dəstəyin də bunun açıq nümunəsi olduğunu söyləyib.

Xan deyib: “Müdafiə sahəsində Türkiyə ilə Pakistan araasında əməkdaşlığın inkişafını məmnuniyyətlə qarşılayıram. Nümunəvi münasibətlər qurmuşuq”.

Xan Türkiyənin müdafiə sənayesi istehsalında mühüm irəliləyiş qazandığını diqqətə çatdırıb, Türkiyə dronlarının Azərbaycanın Qarabağdakı müharibəsində uğur qazandığını söyləyib.