Pakistandan sənədləri yaydı: “Hindistan terroru maliyyələşdirir”

258

Hurriyyet.org xəbər verir ki, Pakistan Hindistanı terroru maliyyələşdirməkdə ittiham edib.  Pakistan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin səfirliklərinə bu məsələ ilə bağlı dosya barəsində məlumat verdiyini bəyan edib.

Pakistanın XİN-in açıqlamasında nazir Şah Mahmud Qüreyşinin BMT TŞ-nin 5 nəfər daimi üzvü olan ABŞ, Çin, Rusiya, İngiltərə və Fransanın səfirliklərinə paytaxt İslamabadda məsələ ilə bağlı məlumat verdiyi açıqlanıb.

Açıqlamada Hidistanın Pakistanda “terrorun planlaşdırılması, təşviq edilməsi, dəstəklənməsi, təhrik edilməsi, maliyyələşdirilməsi və həyata keçirilməsində” iştirakı ilə bağlı tutarlı sənədlərdən ibarət dosyanın səfirliklərə təqdim edildiyi bildirib.

Pakistan bu addımı  bir neçə gün əvvəl Kəşmirdəki Nəzarət Xəttində baş verən atışmalardan sonra atıb.