Pakistanda güclü zəlzələ – ÖLƏNLƏR VAR

    21

    Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb.

    Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb.

    Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.

    ***

    İlkin məlumatlara görə, zəlzələ nəticəsində 8 nəfər həlak olub. Yaralıların sayı 100-dən artıqdır. Xeyli sayda dağıntı var.