Pakistanda iki terror hücumunda 7 nəfər həlak oldu

15

Hurriyyet.org xəbər verir ki, Pakistanda iki ayrı hücum zamanı 6 nəfəri hərbçi olmaqla 7 nəfər həlak olub.

Pakistan ordusu rəhbərliyinin açıqlamasına görə, Belucistan əyalətinin Maç şəhərinin yaxınlığındakı Pir Qərib bölgəsində patrul xidmətində olan sərhədçilərin avtomobilinin keçidi zamanı terrorçular tərəfindən yerləşdirilmiş əldəqayırma partlayıcı işə salınıb.

Hücum nəticəsində hərbi avtomobilin mülki sürücüsü ilə 5 əsgərin həlak olduğu bildirilir.

İkinci  hücum isə Belucistan əyalətinin  Mand rayonunda edilib.

Burada terrorçuların açdığı atəşə cavab verən əsgərlərdən biri həlak olub.

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başladıldıqdan sonra ölkədə dünən də terrorçular tərəfindən hərbçilərə hücum olmuş, 1 nəfər hərbçi həlak olmuş, 3 əsgər yaralanmışdı.

Hurriyyet.org