Pakistanda erməni terrorunun fəsadlarını əks etdirən xüsusi güşə yaradılıb

21

Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində  ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının İslamabaddakı Səfirliyinin binası önündə guşə yaradılıb.

Hurriyyet.org xəbər verir ki, güşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər.

Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.

YƏHYA