Pakistan Hindistanı artilleriya atəşinə tutdu

111

Hurriyyet.org xəbər verir ki, Kəşmir nəzarət xəttindəki bölgədə Pakistan artilleriya qüvvələrinin Hindistanın  mövqelərini vurduğu bildirilib. Hindistan mətbuatının yazdığına görə, Pakistan tərəfi Kəşmir nəzarət xəttində Hindistana məxsus iki mövqeyi vurub. Heç bir tərəf itki olduğu barəsində məlumat verməyib.

1947-ci ildə Hindistan ilə Pakistanın müstəqilliklərini qazandıqlarını elan etməsindən sonra 70 ildən artıqdır ki, Kəşmirin hansı ölkənin ərazisi olduğu ilə bağlı çəkişmələr davam edir. Bu problem üzündən iki ölkə arasında 4 dəfə müharibə olub və minlərlə insan həlak olub.

Hurriyyet.org