Pakistan Ermənistanın saxta ittihamlarına CAVAB VERDİ

72

Pakistan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ döyüşlərində Pakistan hərbçilərinin iştirakı ilə bağlı açıqlamalarını əsassız adlandıran bəyanatla çıxış edib.

“Ermənistan rəhbərliyi Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz təbliğata əl atır. Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini davamlı olaraq genişləndirir. Pakistan qardaş Azərbaycan xalqını və hər cür təcavüzə qarşı özünümüdafiə hüquqlarını dəstəkləməyə davam edəcək” , deyə bəyanat sahibləri bildirir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Pakistan ordusunun xüsusi təyinatlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlarda iştirak etdiyi barədə bəyanat vermişdi.\\Anews.az