PAŞİNYAN BAŞ NAZİR SEÇİLDİ – XARİCDƏKİ ERMƏNİLƏRİ ÖLKƏYƏ DƏVƏT ETDİ

    15

    Hurriyyet.org xəbər verir ki, Ermənistan parlamenti Nikol Paşinyanı ölkənin baş naziri seçib. Deputatlardan 59 nəfəri onun lehinə, 42 nəfəri isə əleyhinə səs verib.

    Paşinyan bu gün parlamentdəki çıxışında Ermənistan, qondarma Dağlıq Qarabağ Respublikası və Diaspordakı ermənilər arasında bundan sonra milli həmrəylik atmosferi hökm sürəcəyini bəyan edib: “Hamı qanun qarşısında bərabərdir, Ermənistanda imtiyazlılar olmayacaq”.

    Sonra Paşinyan diaspora ermənilərini nəzərdə tutaraq deyib: “Hörmətli həmvətənlər. Sizin vətənə qayıtmaq vaxtınız yetişib. Mənim baş nazir seçilməyim bütün qanunsuzluqlara və maneələrə son qoyulması deməkdir. Ermənistan sizin investisiyalarınızı gözləyir. Onlar mümkün qədər tez lazımdırlar. Emiqrasiya təkəri tərsinə çevrilməlidir”.

    Hurriyyet.org