Prezident kürəkəninin yəhudi milyarderlə məxfi əlaqələri üzə çıxdı: Sorosla işbirliyi Trampın nüfuzuna ciddi zərbə ola bilər – TƏHLİL

    3

    Amerika prezidenti Trampın qızı İvanka əri Kuşnerlə

    İqor Qaşkov

    ria.ru, 03.05.2017

    Ağ Evin baş müşaviri, prezident Donald Trampın kürəkəni Cared Kuşnermultimilyarder Corc Sorosun maliyyə tərəfdaşı çıxıb. “The Wall Street Journal” nəşrinin məlumatına görə, qurucusu Kuşner olan “Cadre“ şirkəti, təxminən, dörddə birini Sorosun təqdim etdiyi bir milyard dollarlıq borc cəlb edib. Kuşner maqnatla əlaqələri haqda əvvəllər ictimaiyyətə məlumat verməyib. Kuşnerin Ağ Evdə karyera irəliləyişi zamanca Rusiya və NATO-ya baxışlarını dəyişən Amerika liderinin “təkamülü” ilə əlaqəli baş verib.

    Cared Kuşner də qaynatası kimi daşınmaz əmlak sahəsində bizneslə məşğul olur. Kuşnerin özü, qardaşı Coşua və işgüzar tərəfdaşı Rayan Uilyamsın qurduğu“Cadre“ firmasının sərəncamında 100 milyon dollarlıq kapital var. Corc Sorosartıq erkən mərhələdə Kuşnerlərin layihəsinin yatırımçısı kimi çıxış edib və müəssisənin dövriyyə kapitalını artırmağa ehtiyac olarkən borc verib. Kuşnerlər Sorosdan başqa məşhur “Goldman Sachs“ bankı daxil olmaqla bazarın daha 19 iştirakçısından borc alıblar.

    Kuşnerlərin biznes layihələrinin təşkilatçısı eyni zamanda Donald Trampın kampaniyasına qatılmasaydı, ümumi məqbul çərçivədən kənara çıxmazdı. Gələcək prezident sadə seçiciyə düşmən olan maliyyə dünyasını təcəssüm etdirən Sorosun obrazından özünün prinsipal düşməni kimi fəal şəkildə yararlanıb.Deməli, Trampın qərargahı 2016-cı ildə Sorosa qarşı maliyyəçinin fotoşəkillərinin videosırada istifadə edildiyi çarx buraxıb. Gələcək prezident kadr arxasından şərh edib: “İsteblişmentin bu seçkilərə trilyonlarla dolları qoyulub. Hamısı da onların özəl kürəsəl maraqları üçündür”.

    Maliyyə maqnatı borclu qalmayıb. Soros təkcə Hillari Klintonun 13 milyon dollar ianə etdiyi kampaniyasına qoşulmayıb, həm də açıq şəkildə Trampı yalançı adlandırıb. Qalmaqallı bəyanat milyarderlər arasında savaşın yeni dalğasına səbəb olub:Trampa dost KİV-lər ABŞ prezidentinə etiraz edən mülki fəalları bunda ittiham edib ki, Soros tərəfindən satın alınıblar.

    Tutarsız bəraətlər

    Trampın kürəkəni ilə prezidentin prinsipal əleyhdarı arasındakı məxfi əlaqələr indiki Amerika administrasiyasının obrazına Rusiya ilə dostluq ittihamı qədər ziyan vura bilər. 86 yaşlı Soros Amerika sağçıları və ultrasağçıları üçün solçu liberal siyasətin canlı təcəssümüdür və onların hesab etdiyi kimi, ənənəvi dəyərlərin dağılması və İsraillə ənənəvi əlaqələrin ziyanına olaraq qeyri-sabit, etibarsız müttəfiqlərə dəstəyə yönəlib.

    ““

    Məşhur milyarder Corc Soros

    Kuşnerin çevrəsində, demək olar, dərhal bəraət cəhdi göstəriblər. Məmurun təmsilçisi, vəkil Ceymi Qorelik bildirib ki, onun qəyyumluğunda olan şəxs “Cadre“şirkətindəki payını “azaldıb”, bundan başqa isə direktorlar şurasından çıxıb. Lakin buradan nəticə çıxır: Sorosla əlaqələri kəsməyib.

    2017-ci ilin fevral-martında KİV-ə guya Ağ Evdə Cared Kuşnerlə Donald Trampın keçmiş baş ideoloqu Stiven Bennon arasında baş vermiş münaqişə haqda sızıntı daxil olub. Bu məlumatlara görə, Kuşner Bennonu Trampın çevrəsindən sıxışdırıb. 2017-ci ilin aprelində bu məlumat dolayısı ilə təsdiqlənib: keçmiş baş müşavir ABŞ Təhlükəsizlik Şurasında yerini itirib. KİV-ə sıçrayan məlumatlara görə, guya, Bennon çığır-bağır zamanı Kuşnerə bildirib ki, onların arasında “heç bir razılaşma ola bilməz, çünki birimiz respublikaçı, o birimiz isə demokratıq”.

    Bennon Kuşneri demokrat sayıb.

    Trampın çevrəsində kürəkənin nüfuzu artdıqca Suriyada  bombardman aparmaq haqda qərarın, guya, onun qızı İvankanın təsiri ilə qəbul edildiyi barədə məlumatı tutuşdurmağına dəyər. Cared Kuşner də siyasətçinin məhz böyük qızının əridir.

    Getdikcə daha çox Kuşner, daha az keçmiş Tramp

    Donald Trampın siyasi ritorikasının dəyişilməyi, beynəlxalq problemlərə yeni baxışdan imtina, ticarət maneələri haqda məsələdə yumşalma, effektli antimühacir kursunu başa çatdırmaq bacarıqsızlığı səsləri ilə respublikaçının Ağ Evə seçildiyi mühafizəkar seçiçiləri məyus etmək gücündədir. Corc Soros altdan-altdan baş verən bu dəyişikliklərin simvolu olmaq üçün ideal simadır. Ən sağçı seçiciləri itirmək Donald Tramp üçün itki demək olardı və rəqibləri ona bu cür ziyan verməkdən qətiyyən imtina etməzdilər.

    Tərcümə Strateq.az-ındır