“Türkiyə sərhədləri də daxil olmaqla…” – PENTAQON

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi polkovnik Ceff Devis deyib: “Bütün tərəfləri ortaq düşmənimiz olan İŞİD ilə mübarizə aparmağa çağırırıq. Bu çağırışımız Demokratik Suriy Qüvvələri (DSG) də daxil olmaqla, hər kəsə ünvanlanıb”.

    ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi polkovnik Ceff Devis keçirdiyi gündəlik brifinq zamanı ABŞ ordusunun Suriyanın şimalında Türkiyə sərhədinə zirehli texnika yerləşdirməsi ilə bağlı açıqlama verib.

    Türkiyə qırıcıları aprelin 24-də şimali Suriya ilə Şimali İraqdakı hədəflərə hücumlar təşkil edib, 20-yə qədər YPG terrorçusunu zərərsizləşdirmişdi. ABŞ Xairici İşlər Nazirliyi Türkiyə raketlərinin hücumlarının, sadəcə, 10 km civarı yaxınlığında olan ABŞ qüvvələrinin həyatlarını riskə atdıqlarını söyləyərək, “narahatlığımızı aydın şəkildə Türkiyəyə bildirdik” deyib.

    Ceff Devis ABŞ ordusunun Suriyanın şimalında zirehli texnika yerləşdirməsi ilə bağlı danışıb. Devis ABŞ zirehlilərinin Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG ilə qoşa fəaliyyət göstərməsi ilə bağlı suallara da cavab verib.

    “Sputnik”də verilən xəbərdə polkovnik Devisin “Suriyanın şimal ərazilərində ortaqlarımız olan Demokratik Suriya Qüvvələri (DSG) ilə hərəkət edən ABŞ əsgərləri var. Sərhəd sahələri də bizim əməliyyat sahələrimizə daxildir” dediyi bildirilir.

    Lakin Devis bunun Türk Silahlı Qüvvələri ilə (TSQ) YPG arasındakı döyüşlərin qarşısını almaq məqsədi ilə edilib-edilmədiyi sualına cavab verməkdən yayınıb.

    Bu addımın YPG-yə təhlükəsizlik təminatı yaratmaq üçün edilən bir əməliyyat olub-olmadığı sualını isə Devis belə cavablayıb: “Bütün tərəfləri ortaq düşmən olan İŞİD ilə mübarizə aparmağa çağırırıq, bu çağırışımız DSG də daxil olmaqla, hər kəsə ünvanlanıb. DSG-nin hələlik Rakka və Tabkanı hədəfə almasını və başqa döyüşlərə qoşulmasını istəmirik”.

    Mətbuat katibi Devis Türkiyə Silahlıq Qüvvələri ilə gündəlik təmasda olduqlarını da bildirib.

    Hurriyyet.org