AVROPA BİRLİYİNDƏ AZƏRBAYCANA YER VARMI?

    6

    Qabil Hüseynli: “Azərbaycan Avropa Birliyində özünə layiq yer tuta bilər”

    “Bu, həm Avropa Birliyinə, həm də Azərbaycana çox lazımdır”

    “Azərbaycanın müsəlman ölkəsi olması onun dünyəvi, hüquqi dövlət olmasına qətiyyən təsir etmir. Bu nöqteyi-nəzərdən də Azərbaycanın Avropa ilə viza məsələsinin həll edilməsindən sonra, ölkəmizin Avropa Birliyinə daxil olması üçün yeni şərait yarana bilər”

    Ötən həftə Avropa İttifaqının (Aİ) Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar aparılıb.

    Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

    O qeyd edib ki, hər iki tərəf danışıqların aparılmasında ambissiyalı, qətiyyətlidir: “Düşünürəm k, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək “Şərq tərəfdaşlığı“ sammiti öncəsi biz qızğın işləyirik“.

    Qeyd edək ki, Gürcüstan və Ukraynda Avropa Birliyi ilə “Asosiasiya Sazişi” imzalayandan və Avropaya vizasız gediş-gəliş barədə qərar veriləndən sonra rəsmi Bakı da bu yöndə ciddi addımlar atır. Artıq hökumət Avropa Birliyi ilə danışıqları sürətləndirir. Danşıqlar “Asosiasiya Sazişi” çərçivəsində olmasa da, münasibətlərdə ciddi dəyişilik aydın görünür. Belə ki, fevral ayında prezident İlham Əliyevin Brüsselə səfəri və səfər çərivəsində Avropa Birliyinin rəhbərləri ilə görüşü də Avropa  Birliyi ilə münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

    Türkiyə ilə münsaibətlərin korlanması Azərbaycan-AB əlaqələrinə nə vəd edir?

    Ancaq ötən zaman çərçivəsində, xüsuilə də Türkiydə aprelin 16-da keçirilən referendumda AKP hakmiyyətinin uğrundan sonra Türkiyə ilə Avropa Birliyinin münasibətləri gərginləşdi. Bundan sonra, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin yaxınlaşmasını düşünmək bir az da çətin oldu. Çünki Türkiyə kimi demokratik dəyərlərə sayğı duyan bir dövlətin Avropa Birliyi tərəfindən qəbul edilməməsi bəzi şübhələr də yaradır. O baxımdan ki, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına hələ də Avropanın istədiyi şəkildə cavab verməyən Azərbaycanın Avropa Birlyi ilə münasibətləri nizamlana biləcəkmi?

    Bu suala isə təbii ki, qarşıdakı zaman çərçivəsində  cavab tapa biləcəyik.

    Rusiya Azərbaycanın AB-yə yaxınlaşmasına imkan verəcəkmi?

    Məsələnin digər maraqlı tərəfi də odur ki, Avropa Birliyi ilə münasibətləri yaxınlaşdıqca, Azərbaycan Rusiyadan uzaqlaşmalı olacaq. Bəs, özünü “böyük qardaş” gözündə görən Rusiya buna imkan verəcəkmi? Çünki Gürcüstandan fərqli olaraq Azərbaycan hökuməti tam Qərbyönümlü siyasət yürütmür, balanslı siyasət aparır. Yəni rəsmi Bakı həm Rusiya, həm də Qərblə siyasətini uzlaşdırır. Təbii ki, regionda ciddi marağı olan Rusiya belə demək olarsa, Gürcüstanı itirdiyi kimi, Azəbaycanı da itirmək istəməz. Amma Qarabağ kimi ciddi bir problemi olan ölkənin Rusiyadan üz döndərməsi, eləcə də tam Qərbyönümlü siyasət yürütməsi də mümkün deyil. Bəlkə də Qarabağ problemi olmasa, Azəbaycan hökuməti Gürcüstan kimi cəsarətli addım atar, tez bir zamanda Avropa Birliyi ilə vizasız gediş-gəliş məsələsini həll edər, sonra isə Avropa Birliyinə üz olmağa can atardı. Ona görə, heç hökuməti qınamağın da yeri yoxdur.

    “Azərbaycanla da “Asosiasiya Sazişi”nin imzalanacağına ümidvaram”

    ““Politoloq Qabil Hüseynli “Hürriyyet”ə açıqlamsında bildirdi ki, əslində Avropa Birliyi ilə ölkə rəhbərliyinin danışıqlarının perspektivini normal qiymətləndirir: “Çünki Gürcüstanın Avropa Birliyi ilə vizasız gediş-gəlişi qaydaya salındıdan sonra, Avropa üçün regionda daha əhəmiyyətli ölkə olan Azərbaycanla da eyni müqavilənin, “Assosiasiya Sazişi”nin imzalanacağına ümidvaram. Məncə, bu, həm Avropa Birliyinə, həm də Azərbaycana çox lazımdır. Çünki bu müqavilənin imzalanması həm Avropa Birliyi, həm də Azərbaycan arasında əlaqələrin daha da intensivləşməsinə səbəb ola bilər. Azərbaycan hələ ki, Avropa Birliyinə qəbul olunmur, sadəcə vizasız gediş-gəliş təşkil edilir”.

    “Türkiyə Avropa ilə münasibətləri süni sürətdə gərginləşdirdi”

    Politoloq təəssüflə qeyd edir ki, Azərbaycandan fərqli olaraq Türikiyə özü öz işlərini korlamaqdadır: “Mənim qənaətimcə,Türkiyə Avropa ilə münasibətləri süni sürətdə gərginləşdirdi. Azərbaycan isə bu münasibətlərdə maraqlı olduğuna görə, daha konstruktiv və ağıllı siysət aparır. Bu səbəbdən də Azərbaycanın işləri daha normal gedir”.

    “Azərbaycanın Rusiyadan ehtiyat etməyə heç nə qalmayıb”

    Q.Hüseynli nəzərə çatdırdı ki, Rusiya özünün simasını artıq ortaya qoyub: “Rusiyanın Azərbaycana qarşı tutduğu mövqe hamıya bəllidir. Bu səbəbdən də Azərbaycanın ehtiyat etməyə heç nə qalmayıb. Azərbaycan Rusiya ilə münasibətdə lazım olan diplomatik addımları gözləyir və çalışır ki, bu münasibətlər ikitərəfli və bərabərhüquqlu xarakter daşısın. Amma Rusiya tərəfi hər dəfə Ermənistana meylli siyasət yürütməklə, eləcə də bəzi siysətçiləri açıq şəkildə Ermənistanı müdafiə etməklə Azərbaycanın Rusiya ilə bağlı yeritdiyi konstruktiv siyasəti kölgə altına salırlar. Belə olan halda Azərbaycan nə etməlidir?! Azərbaycan təbii ki, özünün siyasi orientasiyasını başqa bir istiqamətə dəyişdirməlidir ki, Rusiya ilə olan münasibətlərdəki müəyyən soyuqluq kompensasiya edilə bilsin. Azərbaycan çevik, öz maraqlarına uyğun olan bir siyasət yürüdür. Zənnimcə, bu siyasətin yürüdülməsi də Azərbaycanın strateji maraqlarına uyğundur”

    “Azərbaycanın müsəlman ölkəsi olması onun dünyəvi, hüquqi dövlət olmasına qətiyyən təsir etmir”

    Q.Hüseynli arzu edir ki, Azərbaycan həm NATO-nun, həm də Avropa Birliyinin üzvü olsun: “Azərbaycanın müsəlman ölkəsi olması onun dünyəvi, hüquqi dövlət olmasına qətiyyən təsir etmir. Bu nöqteyi-nəzərdən də Azərbaycanın Avropa ilə viza məsələsinin həll edilməsindən sonra, ölkəmizin Avropa Birliyinə daxil olması üçün yeni şərait yarana bilər və Azərbaycan həmin birlikdə özünə layiq yer tuta bilər. Mən bu birlikdə tutulacaq yeri ürəkdən alqışlayardım”

    “Hürriyyət“