Cavid Qurbanovun işçisi ilə bağlı baş prokurora müraciət ediləcək

    12

    Hüsaməddin Məlikov adı müammalı maliyyə əməliyyatlarında keçir

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif Siyasəti və Marketinq İdarəsində rəis müavini olmuş, hal-hazırba QSC-nin Yük və Kommersiya şöbəsinin müdir müavini olan Hüsaməddin Məlikov haqqında redaksiyamıza ilginc məlumatlar daxil olmaqda davam edir.

    “Azərbaycan Dəmir Yolları” QSC-də baş vermiş müdhiş korrupsiya əməliyyatında Yük və Kommersiya şöbəsinin müdir müavinin də adının hallandığını xəbər vermişdik. Ancaq həmin məlumatı araşdırakən Hüsaməddin Məlikov qətiyyətlə Rahib Hüseynovla heç bir əlaqəsinin olmadığını bəyan etmişdi. Ancaq araşdırmalarımız zamanı ilginc məlumatlar əldə edə bildik. Məlum oldu ki, Hüsaməddin Məlikov yalnız Rahib Hüseynovun Novxanı kəndindəki dəbdəbəli bağ evində tez-tez təşkil edilən ziyafətlərin iştirakçısı olmayıb. Hüsaməddin Məlikov Rahib Hüseynovla birlikdə dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. Bu səfərləri isə unutmaq mümkün deyil. Çünki, hər insana “Dənizlər kraliçası”adlandırılan Venetsiyada olmaq nəsib olmur. Həm də həyat yoldaşı və dostu ilə birlikdə.  Azərbaycanda nə qədər insana bir zamanlar Fransa imperatoru Napaleonun Avropanın ən qəşəng mehmanxanası adlandırdığı San Marko otelində qalmaq nəsib olub ki? Hüsaməddin Məlikov bir neçə gün San Marko otelində məhz Rahib Hüseynovun dostu olduğu üçün qala bilib. Və yaxud Hüsaməddin Məlikov Şərqin ən məşhur tikililərindən birinə çevrilmiş “Burc Xəlifə”yə Rahib Hüseynovun sayəsində qədəm basa bilib. Əlbəttə bunlar da son deyil. Ən əsası Hüsaməddin Məlikov Rahib Hüseynovun sayəsində böyük pullar qazana bilib. Rahib Hüseynov Hüsaməddin Məlikova yalnız böyük pullar qazandırmaqla kifayətlənməyərək onu istintaqa cəlb olunmaqdan da xilas edib. Ancaq bütün bunlara indi unudulub. Çünki  Rahib Hüseynov daha Arif Əsgərovun ən yaxın adamı, Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deyil. Həmin dövr artıq keçmişə çevrilib və Hüsaməddin Məlikov keçmişi xatırlamaqla yaşamaq istəmir.  Hüsaməddin Məlikov Azərbaycan Dəmir Yolları” QSC-nin Yük və Kommersiya şöbəsinin müdir müavini vəzifəsinin verdiyi imkanlardan bəhrələnməkdə qərarlıdır. Əlbəttə, bir zamanlar Rahib Hüseynovun bağında keçirilən ziyafətlərdən tanıdığı Şəmşirli Şəmşirlə əlaqələri də dərinləşdirmək niyyəti ola bilər.

    Ancaq bütün bu xoş düşüncülərə son qoyula bilər. Əgər  bu gün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılan cinayət işi bir az dərinləşsə Hüsaməddin Məlikovun yolu istintaqdan düşə bilər. Əldə etdiyimiz məlumatlara görə, Hüsaməddin Məlikovun adının qalmaqallı korrupsiya əməliyyatında keçməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif Siyasəti və Marketinq İdarəsinin mühasibinin qeyri-rəsmi məlumat kitabçasında ilginc bilgilər var. Son məlumata görə, həmin məlumatların araşdırılması tələb olunur və bunula bağlı tezliklə Baş prokuror Zakir Qaralova da müraciət olunacaq. Bundan sonra Cavid Qurbanovun onu vəzifəsində saxlayacağı isə heç inandırıcı görünmür.

    Biz isə mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq diqqətdə saxlamağa çalışacağıq. Qarşı tərəfin məsələyə münüsaibətini öyrənmək məqsədilə dəfələrlə əlaqə saxlasaqda zənglərmizə cavab vermədi.

    Hurriyyet.org